SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir: “Dünən 117 nəfər öldürülüb”

2021.10.20, 07:36
Suriyada qırğın davam edir: “Dünən 117 nəfər öldürülüb”

Gunaz.tv

GünAz TV: Suriyada dünən baş verən toqquşmalarda ən azı 117 nəfər ölüb. Ölənlərin əksəriyyəti Hums şəhərinə aiddir.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, ölkənin Ali İnqilabi Şurası ölənlərdən 93 nəfərin Hums şəhərində öldüyünü açıqlayıb.

Üsyançıların sözlərinə görə, şəhərdən fasiləsiz partlayışlar səsləri gəlir. Ordu birləşmələri şəhəri artilleriya (topxana) atəşinə tutur, bundan başqa şəhərin ətrafına tanklar yerləşdirilib.

Suriya dövlət televiziyası isə Bayada şəhəri yaxınlığında partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində bir neçə nəfərin öldüyü barədə məlumat yayıb. Hökumət partlayışın terrorçu birləşmələrə tərəfindən törədildiyini bildirir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar