Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
«Əgər Rusiya öz xalqını xoşbəxt edə bilməyibsə, abxazlarla osetinləri necə xoşbəxt edəcək?!» «Rusiya-Qərb müharibəsi bəşəriyyətin ölümünə bərabərdir» Rusiyanın Gürcüstana qarşı aqressiyası hər həftə yeni müstəviyə keçir. Dünən isə Rusiya Dövlət Dumasının yuxarı palatası bütün beynəlxalq hüquq normalarını kənara atıb, separatçı Cənubi Osetiya və Abxaziyanı tanımaq haqqında qərar qəbul etdi. Bu qərarın regionda münasibətlərin, xüsusən etnik münaqişəli ölkələr arasındakı durumu da daha qəlizləşdirib. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimizdə günün suallarına cavab almağa çalışdıq. - Zərdüşt bəy, Rusiya Dövlət Duması Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Amma prezident Saakaşvili həmin bölgələrin Gürcüstana birləşdirilməsi üçün sona qədər mübarizə aparacağını bildirib. Bu gedişatdan gözləntiləriniz nədən ibarətdir? - Əvvəla, Rusiya məlum qərarı ilə beynəlxalq hüquq normalarını pozdu. Amma Qərb dünyası da Kosovanın müstəqilliyini tanımaqla beynəlxalq hüquq normalarını pozmuşdu. Hələ Roma dövründə belə bir məsəl var idi: Yupiterə icazə verirlər, öküzə icazə vermirlər. Yəni Qərb dünyası özü üçün rəva bildiyi pozuntunu Rusiya üçün bilmir. Fərz edin ki, Qərb beynəlxalq hüquq normalarını pozub Kosovanın müstəqilliyini tanıyarkən 30-dan yuxarı ölkə eyni addımı atdı. Ancaq Rusiya bu qərarı ilə tək qalacaq. Necə ki, Türkiyə ötən əsrdə Şimali Kipr Türk Cümhuriyyətini tanısa da, 30 ildir başqa dövlət bu addımı atmayıb. Əsrin əvvəlindən isə Şimali Kiprlə Cənubi Kiprin birləşməsi məsələsi gündəmə gəlib və aparılan danışıqlar müsbət istiqamətə yönəlir. Bu məsələnin sonunun olacağına heç bir şübhə yoxdur və türk-yunan icmaları birləşərək Avropa İttifaqının tam hüquqlu üzvü kimi yaşayacaqlar. Məncə, Abxaziya və Cənubi Osetiyanın siyasi taleyində də anoloji proses yaranacaq. Yəni Rusiya bu müstəqilliyi tanısa da, heç kəs separatçıların «müstəqilliyini» tanımayacaq və rəsmi Moskva da müəyyən sanksiyalara məruz qalacaq. Bununla da Rusiyanın iqtisadiyyatı mənfi təsirsiz ötüşməyəcək. Əgər Rusiya öz xalqını xoşbəxt edə bilməyibsə, abxazlarla osetinləri necə xoşbəxt edəcək?! Bunun müqabilində Gürcüstanı sürətlə NATO-ya qəbul edirlər, daha sonra bu ölkə Avropa İttifaqına üzv olacaq. O cümlədən Qərb Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır və bu proses ölkədə həyat səviyyəsinin yaxşılaşması, insanların azad siyasi-iqtisadi fəaliyyətinin inkişafı üzrə davam edəcək. Osetinlər və abxazlar isə onda ayılıb görəcəklər ki, dərəbəylik baş alıb gedən Rusiyanın tərkibində heç bir gələcək və demokratiya yoxdur. Amma Qərb və Gürcüstan hökuməti bu iki bölgənin icmaları ilə işləyəcəklər. Tədricən bu bölgələrin Gürcüstana qatılması üçün ucalan səslər gerçəkliyə çevriləcək. - Siz Rusiyanın tək qalacağını söylədiniz. Məgər Belarus və Suriya Rusiyanı dəstəkləməyəcəklərmi? - Suriya təklikdə qalan ölkələr sırasındadır. Belarus hakimiyyəti isə bu addımı atmaz. Əksinə Lukaşenko Avropa ölkələri ilə müsbət münasibətlər qurmağa çalışır. Çünki Belarusda dövlətin Rusiya ilə birlik təklifinin reallaşacağına artıq inanmırlar. - Bəs Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olan Orta Asiya respublikaları və Ermənistandan hansı qərarları gözləyirsiniz? - Orta Asiya respublikalarının anoloji problemləri olduğundan bu addımı atmazlar. Əgər Orta Asiya respublikaları belə bir qərar qəbul etsələr də, vəziyyət dəyişməyəcək. Ümumiyyətlə, son hadisələr Rusiyanın Qərblə konfrantasiya yolunu seçdiyini göstərir. Bu yolda mən iki rəqəmə diqqət göstərmənizi məsləhət görərdim: dünya iqtisadiyyatının istehsal həcmində Amerikanın çəkisi 25%, Rusiyanın isə 1,1%-dir. Bu o deməkdir ki, ABŞ iqtisadiyyatı Rusiyanı 17 dəfə qabaqlayıb. 17 dəfə özündən güclü dövlətlə kəllə-kəllə gəlmək heç kimə sərf etməz. Son illərdə Rusiyaya enerjinin hesabına 600 milyard dollar pul gəlib və Kremldəkilər müvəfəqqiyyətdən başlarını itiriblər. Ermənistana gəlincə, rəsmi İrəvan bu qərarı qəbul etsə, bizim üçün yaxşı iş görəcək. Çünki Ermənistan bu addımı ilə Qərblə konfrantasiyaya gedəcək. Bu gün Ermənistan Qərbə yalvarır ki, özünü demokratik kimi təsdiqləsin. Əgər Ermənistan hökuməti separatçıları tanısa, Qərb onlara «rədd» cavabı verəcək. - Siz Qərbin Rusiyaya sanksiyalar tətbiq edəcəyini bildirdiniz. Bəlkə fikrinizi konkretləşdirəsiniz? - İlk növbədə Rusiya «Səkkizlik Klubu»ndan çıxartmaq təhlükəsi reallaşa bilər. İkincisi, təbii ki, ATƏT və BMT-nin Rusiyaya verdiyi sülhməramlı mandat geri alınacaq. ATƏT imkan verməz ki, öz bayrağı altında bu cür vəhşiliklər baş versin. Üçüncüsü, Soçidə Olimpiadanın keçirilməsi təxirə salına bilər. Dördüncüsü, rus kapitalının Qərbə gəlməsinin qarşısı alınacaq və özlərinin Rusiyaya qoyduğu sərməyalər azaldılacaq. Beşincisi, Rusiya hakim dairələrinin Qərb banklarındakı hesablarını açıb onları biabır edəcəklər. - Bunların qarşılığında Rusiya «qaz şantajı»nı işə sala bilməzmi? - Qaz məsələsi elə bir şeydir ki, ya bu məhsulu satıb pul qazanmalıyam, əks təqdirdə satmasam pulsuz qalacam. Rusiya qazı satmaqla xaricdən ərzaq, geyim əşyaları alır, satmasa, nə əldə edəcək?! Yuxarıda xatırlatdığım 600 milyard məsələsidir də, amma bu pul pul deyil! Çinin 1,2 trilyon qızıl, valyuta ehtiyatı var, amma özünü Rusiya kimi aparmır. - NATO gəmilərinin Qara dənizə daxil olması münasibətləri yenidən kəskinləşdirib. Bu gedişat müharibə müstəvisinə keçə bilərmi? - Müharibə olmayacaq. Yəni siyasi qərarları qəbul edən şəxslərin başında ağıl, qanuna hörmət, insaf, insan həyatının mənasız qırğına verilməsi kimi amillər var. İki ay əvvəl məndən Gürcüstanla Rusiya arasında müharibənin olacağını soruşanda, «istisna edilir» cavabını verdim. Mən nə bilim ki, Saakaşvili Rusiyanın təxribatına bu səviyyədə uyacaq. İndi də düşünürəm ki, bəşəriyyət kifayət qədər ölümə getməməsi naminə ağılla hərəkət edəcək. Rusiya-Qərb müharibəsi bəşəriyyətin ölümünə bərabərdir. Çünki hər tərəf dünyanı məhv etməyə qadirdilər. - Ancaq Rusiya rəsmiləri ritorikanı sərtləşdirirlər... - Ritorika və müharibə başqa-başqa şeylərdir. Tələbə olduğum zaman, 1967-ci ildə Misir prezidenti Camal Əbdül Nasirin radioda parlaq çıxışını eşitdim, «ərəblərin zamanı gəldi» və sair fikirlər işlədirdi ki, bu, İsraillə müharibədən əvvəl səslənmişdi. Amma İsrail hücum edib 6 gün ərzində bütün ərəb ordularını darmadağın edəndə Əbdül Nasir quyruğunu tutub zingildəməyə başladı. Yəni bu ritorika hara, zingildəmək hara? Yaxud AXC hakimiyyətə gələn kimi erməniləri necə asıb-kəsəcəklərini bildirirdilər, sonrası da məlum oldu. Eləcə də İlham Əliyev Gürcüstan-Rusiya müharibəsindən əvvəl Qarabağı ordu gücü ilə alacağından danışırdı. Diqqət yetirin, yaxın bir ildə dövlət başçısından sərt açıqlamalar eşidəcəksinizmi? - Amma İlham Əliyev Xızı səfərində həmişə səsləndirdiyi bəyanatı təkrar etdi... - Deməli, onu da Camal Əbdül Nasirin taleyi gözləyir. - ABŞ-ın BMT-dəki sabiq rəsmisi Riçard Holbruq Rusiyanın növbəti hədəfinin Ukrayna və Azərbaycan olacağını bildirib. Bu təhlükə realdırmı? - Mən bu fikirləri bölüşmürəm. Əvvəla Azərbaycan «quzu balası» kimi Rusiyanın quyruğunda sürünür, nə deyirlər həyata keçirir. Belə olanda Kreml niyə Azərbaycana təsir göstərsin? Ukrayna isə ciddi şəkildə Rusiyaya müqavimət göstərir. Rəsmi Moskva ola bilər ki, Ukraynaya təsir göstərsin. Amma Ukrayna nə Gürcüstan, nə də Azərbaycandır. Bu ölkənin güclü ordusu ilə bərabər geniş imkanları da var. - Rusiya Şərqi Ukrayna problemini qabartmağa çalışır… - Əgər Rusiya Ukraynaya təzyiqə başlasa, onlara qarşı birinci şərqi ukraynalılar dayanacaq. Bilirsiniz, hər hansı ölkə daxilində parçalanmalar olsa da, kənardan hücum başlananda cəmiyyət birləşir. Saakaşvili gürcü cəmiyyətini müxtəlif formada təzyiqlər altında saxladı, seçkiləri saxtalaşdırdı, mitinqləri dağıtdı. Bununla da gürcü cəmiyyəti parçalanmışdı, Cənubi Osetiya məsələsində isə cəmiyyət birləşdi və tənqidçilərin səsi çox az eşidildi. - Ötən həftə regionda Türkiyənin fəallaşması ilə yadda qaldı. Rəsmi Ankaranın bu revanşında məqsəd nədən ibarətdir? - Türkiyə istəyir ki, şimal-şərq qonşuluğunda yerləşən dövlətlərlə xoş münasibətləri olsun və bu siyasətlə ölkə iqtisadiyyatını daha da inkişaf etdirsin. Üstəlik «ürək bulandıran» Ermənistanı neytrallaşdırmaqla İrəvanın problem yaratmaq imkanlarını məhdudlaşdırırlar. Əgər bu siyasət uğur qazansa, Azərbaycanın da gələcəyinə təsirləri ola bilər. - Bəlkə rəsmi Ankara hesab edir ki, Gürcüstan və Ukrayna NATO-ya qəbul ediləndən sonra regionda Qərb üçün əhəmiyyəti azalacaq. Ona görə Cənubi Qafqazda güc tərəfi olduğunu saxlamaq istəyir... - Bir neçə ölkə istisna olmaqla bütün Qərb dövlətləri NATO-nun üzvüdür və hər birinin hərbi alyansda öz yeri, öz sözü, öz sanbalı var. Türkiyə də NATO-nun çox güclü dövlətidir. Hətta Ukrayna və Gürcüstan quruma üzv olandan sonra Türkiyənin əhəmiyyəti daha da artacaq. - Niyə artacaq? - Mən deyəcəm, əgər NATO güclənirsə, qurumun hər bir üzvünün çəkisi və imkanları genişlənir. Təsəvvür edin ki, Siz bir partiyanın üzvüsünüz, partiya güclü olanda, onun rəsmiləri də güclü olmurmu?! Əgər NATO güclü bloka çevrilirsə, Türkiyənin də imkanları artır. - Sizə elə gəlmirmi ki, Gürcüstan NATO-nun üzvü olanda ABŞ Orta Asiyaya Türkiyədən yox, bu ölkədən gedəcək? - Əvvəla coğrafi cəhətdən yanaşaq, Gürcüstanın özünə keçmək üçün Türkiyəyə getmək lazımdır. Hətta ABŞ Qara dəniz vasitəsi ilə Gürcüstana humanitar yardım göndərmək üçün Türkiyənin icazəsini aldı. Gürcüstana hava yolları Türkiyəsiz keçə bilər, ancaq quru və dəniz yolları yalnız Türkiyədən keçir. - Rusiya Gürcüstanı işğal edəndə Azərbaycan diplomatiyası ABŞ, Fransa və Almaniyaya rəsmilərinə Ermənistanın Dağlıq Qarabağ ətrafı rayonlarında işğalçılıq siyasətini xatırlatmadı. Əksinə Ermənistan diplomatiyası daha fəal görünürdü. Bu, hansı səbəblərdən doğur? - Çünki Qarabağ probleminin həlli Azərbaycan hökumətinin vecinə deyil. İkinci, Azərbaycanda xarici siyasəti prezident həyata keçirirsə və yuxarıdan da belə bir tapşırıq yoxdursa, Məmmədyarova nə gəlib ki, göstəriş olmadan hərəkət etsin. Yəni XİN başçısı yalnız təbrik və yaxud hansısa qəza, fəlakətli hadisə olarsa, başsağlığı göndərmək hüququna malikdir. Prezident yəqin deyib ki, susun, hadisələrin axarını gözləyin, onlar da gözləyirlər. Amma münaqişə başlayan zaman XİN-in Gürcüstanın ərazi bütövlüyünü tanıması və İlham Əliyevin Rusiyanı da, Gürcüstanı da dost ölkə adlandırması haqqında bəyanatları müsbət qiymətləndirilməlidir. Mənim hakimiyyətin daxili siyasətini tənqid etməyim o demək deyil ki, müsbət tərəfləri görmürəm. Bəli, bu hakimiyyəti strateji baxımdan Qarabağ məsələsi maraqlandırmır, ancaq Cənubi Osetiya olayında tutulan mövqe maraqlarımıza cavab verirdi. - Ermənistan isə çox fəallıq göstərdi... - Fəallıq edib, nəyə nail oldu?! Ermənistan Rusiyanın tulasıdır, Kremldəkilər nə desə, o cür də hərəkəti edəcək. Belarus istisna olmaqla, o da sonradan Rusiyanın təzyiqi nəticəsində Lukaşenko danışdı, ümumiyyətlə heç bir ölkə rəsmi Moskvanın Gürcüstana hərbi təcavüzünüu dəstəkləmədi. Siz Ermənistanı misal çəkirsiniz, axı bu ölkənin dünya miqyasında heç bir təsir gücü yoxdur. Ağıllı dövlət bu cür vəziyyətlərdə gözləyər və təkrar edirəm, rəsmi Bakı son hadisələrdə düzgün mövqe tutdu. bizimyol
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər