SON XƏBƏRLƏR

15 -08 -2008 . İranda Prezident Seçkiləri və Xatəmi

2021.10.20, 07:36
15 -08 -2008 . İranda Prezident Seçkiləri və Xatəmi

Gunaz.tv
15 -08 -2008 . İranda Prezident Seçkiləri və Xatəmi http://www.araztm.az/?mod=researchs&id=66 İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər sadəcə “Şuraye Negəhban” tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir. Prezidentin səlahiyyətləri konstitusiyaya 1989-ci ildə edilən dəyişikliklərlə daha da artırılıb. Əvvəllər baş nazirlə bir sıra məsuliyyətləri bölüşdürsə də dəyişikliklərdən sonra baş nazir vəzifəsi ləğv olunaraq bütün səlahiyyətlər prezidentdə cəmləşdi. 2009-ci ilin ortalarında İranda növbəti prezident seçkiləri keçiriləcək. Onun dəqiq tarixi Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq. İran İslam Respublikasının durumunu və beynəlxalq ictimaiyyətin bu ölkəyə qarşı münasibətini nəzərə alsaq, bu seçkilər İslam İnqilabından bu yana bəlkə də ən həssas və əhəmmiyyətli seçki hesab oluna bilər. Bu səbəbdən elə indidən bəzi siyasi dairələr seçkidə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Mövcud prezident Əhmədinejad daha 4 il müddətinə seçilmək huququna malikdir. Xüsusi gözlənilməyən bir hadisə baş verməsə gələcək seçkinin ən real namizədlərindən biri elə indiki prezidentin özü olacaq. Hələlik Əhmədinejad namizədliyi haqqında bir söz demdesə də onun rəqibləri yavaş-yavaş aydınlaşmaya başlamaqdadır. Onunla rəqabət imkanı olan şəxslərdən biri keçmiş prezident Məhəmməd Xatəmidir ki, Müşarikət Partiyası indidən onu, rəsmən öz namizədi kimi təqdim edir. Hələ iki ay əvvəl Məhəmməd Xatəmi İranın bir sıra ziyalılarına məktub ünvanlayaraq prezidentliyə namizədliyi barədə onların fikirlərini öyrənməyə çalışdı. Xatəminin məktubuna necə cavab verilməsi haqda məlumat olmasa da bir sıra dairələrdə və siyasi partiyalarda bu məsələ hələ də müzakirə olmaqdadır. İslahatçılar qrupunda əvvəllər Xatəmini tənqid etmiş bəzi siyasi şəxsiyyətlər o cümlədən Müşarikət Partiyasının Baş Katibi Mohsen Mirdamadi indi artıq Xatəminin namizədliyinin irəli sürülməsinin tərəfdarı kimi çıxış etsə də, digər islahatçı şəxslər də var ki, yeni bir namizədin irəli sürməsinin tərəfdarıdırlar. Elə Etimadi Milli Partiyasının başqanı Mehdi Kərrubi də bu siraya daxildir. Xatəmi hələ bu təklifi qəbul edib etməyəcəyi haqda fikirləşir və bunun üçün də kifayət qədər vaxtı var. Amma vaxtın çox olmasına baxmayaraq o indidən müxtəlif şəhərlərdə görüşlər keçirir və bölgələrin ona qarşı münasibətin öyrənməyə çalışır. Digər qruplar da, indidən yeni namizədlərin axtarışındadırlar. Hakimiyyətdə olmalarına baxmayaraq Mühafizəkarların yeni bir namizədin axtarışında olması, bu qrup içərisindəki ziddiyyətlərin dərinliyindən xəbər verir. Mühafizəkarların bir çoxu prezident Əhmədinejadin siyasi kursu və iqtisadi layihələri ilə razılaşmayaraq başqa bir namizəd irəli sürmək istəyir. Tehranın indiki meri Qalibaf və Ali Dini Rəhbərin Müşaviri Əliəkbər Vilayəti ən çox adı çəkilənlər arasındadır. Bu isə mühafizəkarların səslərinin parçalanması və islahatçıların şansının artması deməkdir. Ancaq islahatçılarda da, vahid namizəd problemi var. Xatəmi ikinci dəfə prezident seçiləndə onun səsləri say baxımından artsa da, bu əslində seçici yaşının 18-dən 15-ə endirilməsi ilə bağlı idi. Xatəmi birinci dövr prezidentliyinin sonunda parlamentdə qanuna yeni bir dəyişiklik edərək seçici yaşını 3 il azaltdı və 15 yaşlı gənclərə də seçmək imkanı vermiş oldu. Xatəminin tərəfdarlarının əksəriyyətini gənclər təşkil etdiyindən, ikinci dövr seçkilərdə prezident Xatəmi əvvəlki dövrə nisbətən daha çox səs qazanmış oldu. Amma faiz nisbəti ilə daha az səs toplamışdı. İndi yenə Xatəminin tərəfdarları iddia edir ki, İranın siyasi, iqtisadi və beynəlxalq durumunu nəzərə olaraq ən real namizəd Xatəmidir. Onların fikirincə Xatəminin beynəlxalq aləmdəki nüfuzu İranı bu günkü durumdan qurtarmaq üçün ciddi imkandır. Xatəminin siyasi şəxsiyyətinə diqqət edəndə görünür ki, onun daxildə ciddi müxalifi yoxdur, hətta mühafizəkar qrup da ona hörmətlə yanaşır, amma rəqib olaraq mübarizəyə davam edir. Bəzi hallarda hətta, bir qism mühafizəkar Xatəmini Əhmədinejaddan daha üstün hesab edir. Xatəmi 8 illik prezidentliyi dövründə qruplar arasında balansı saxlaya bilmişdi. Onda Mühafizəkarlar ilə İslahatçılar arasında ziddiyyətlər bu qədər inkişaf etməmişdi. Buna baxmayaraq Xatəminin vəd etdiyi siyasi və mədəni islahatların sona çatdırılmaması və bu istiqamətdə uğursuzluqlar İran əhalisinin çoxunu təşkil edən gəncliyi narazı salmışdı. Bu səbəbdən incik düşən gənclər son zamanlarda islahatçılara qarşı etinasız davranırlar. Onu da qeyd etmək lazımdı ki, Xatəmidən narazı qalan xalq indiki hakimiyyətdən daha çox narazıdırlar. Xatəmi yalnız islahatları apara bilməməkdə suçlanırsa, indiki hakimiyyət beynəlxalq böhran yaratmaqda və İran iqtisadiyyatını məhv etməkdə günahlandırılır. Bu arada prezidentə yaxın olan mənbələrdən verilən məlumatlarada “Şuraye Negəhbanın Xatəminin namizədliyini təsdiq etməkdən emtina edəcəyi” iddia olunur. Amma bunun nə dərəcədə düzgün olub olmadığı haqda məlumat olmasa da Xatəminin buna cavabı birmənalı olub. O bildirib ki, “bunu hədə kimi qəbul etmirəm. Mənim əleyhimə nə etsələr, mənim xeyrimə sona çatacaq”. Xatəmi bu sözləri ilə dolaylı yollarla da olsa onun namizədliyinin qeydə alınmaması zamanı xoş olmayan hadisələrin yaşanacağına işarə edir. Xatəminin belə bir gücü olsa da digər islahatçıların belə bir gücə malik olması şübhə altındadır. Bu səbəbdən islahatçıların digər namizəd təqdim etməkdə əlləri bir az bağlı görünür. Parlament seçkilərində olduğu kimi, hakim qrup islahatçıların ən real namizədlərinin səlahiyyətlərini qəbul etməyə bilər. Bu isə islahatçıların Xatəmidən möhkəm yapışmalarına əsas verir. Dünyanın və regionun durumuna təsir edə biləcək qarşıda iki seçki mövcuddur. Biri ABŞ-da prezidenti seçkiləridir ki, onun nəticəsindən asılı olaraq ABŞ siyasi kürsunda dəyişikliklər ola bilər. Digəri İrandakı prezident seçkiləridir ki, bu regionun durumunu dəyişdirməyə qadir olmayacaq. Bu səbəbdən regiondaki durumun dəyişməsı üçün İranla əlaqədar daha köklü dəyişikliklər baş verməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar