SON XƏBƏRLƏR

14 -08 -2008 . Rusiyanın “İşğal Əməliyyatı” və Təsirləri

2021.10.20, 07:36
14 -08 -2008 . Rusiyanın “İşğal Əməliyyatı” və Təsirləri

Gunaz.tv
14 -08 -2008 . Rusiyanın “İşğal Əməliyyatı” və Təsirləri http://www.araztm.az/?mod=researchs&id=65 Gürcüstanın Cənubi Osetiyada separatizmi ortadan qaldırmaq və ərazi bütövlüyünü təmin etmək üçün avqustun 8-də başlatdığı əməliyyat Rusiyanın hərbi müdaxiləsi nəticəsində Tbilisi üçün tam bir fəlakətə çevrildi. Gürcü ordusunun əməliyatın ilk günü Cənubi Osetiya bölgəsinin paytaxtı Sxinvali şəhərini azad etməsindən sonra, rəsmi Tbilisini sülh danışıqları prosesini pozmaqda və Osetin xalqına qarşı “soyqırım həyata keçirməkdə” günahlandıran Rusiya, “öz vətəndaşlarını qoruma və Gürcüstanı sülhə məcbur etmə əməliyatı” adı altında münaqişə zonasına hərbi müdaxilə etdi. Rusiyanın 58-ci Ordusunun Moskva və Pskovdan gələn xüsusi təyinatlı hərbi hissələrin dəstəyi ilə həyata keçirdiyi əməliyata Rus hərbi hava qüvvələri də həm münaqişə zonasını, həm də Gürcistanın digər ərazilərini bombardman edərək dəstək verdi. Gürcü ordusuyla müqayisədə cox böyük hərbi imkanlara malik Rus ordusunun müdaxiləsi nəticəsində Gürcüstan iki günlük müqavimətdən sonra Cənubi Osetiyadan tamamən geri çəkilmək və atəşkəs istəmək məcburiyətində qaldı. Ancaq Rusiyanın rəsmi Tiflisin ABŞ və AB tərəfindən də dəstəklənən və bir neçə dəfə təkrarlanan bu atəşkəs çağrısına məhəl qoymadı və əməliyatları davam etdirərək qərbi Gürcüstana doğru irəlilədi. 12 avgust günorta satlarında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev “müəyyənləşdirilmiş məqsədlərə çatdıqlarını” elan edərək Rus ordusuna hərbi əməliyatları dayandırmaq əmrini verdi. Yalnız bundan sonra Fransanın vasitəçiliyi ilə təmin edilən atəşkəsin isə cəmi bir gün sürdüyü, Rusiyanın, fasiləsiz bombaladığı Qori şəhərinə girərək qarət etdiyi, hətta Rus tanklarının Tbilisinin 25 km-liyinə qədər yaxınlaşdığı xəbərləri gəlməkdədir. Rus təyyarələrinin Poti limanını bombaladığı və şəhərdə Rus zirehli texnikasının olduğu xəbər verilməkdədir. Rəsmi Moskvanın “Cənubi Osetiyaya bənzər bir hadisənin olmasının qarşısını almaq” iddiasıyla Abxaziyaya 9 min əsgər, 350 texnikadan ibarət hərbi qüvvə göndərdiyi və Rusiyanın Qaradəniz hərbi donanmasının isə Gürcüstanın dəniz sərhədlərini faktiki nəzarət altına aldığı bildirilməkdədir. 12 avqust səhər saatlarından etibarən separatçı Abxaziya qüvvələri də Rus hərbi təyyarələrinin dəstəyi ilə Kodor dərəsi istiqamətindən Gürcü mövqelərinə doğru hücuma keçdi və avqustun 13-də isə buranı ələ keçirdi. Bu arada müharibənin mənfi nəticələri də yavaş-yavaş müəyyənləşməyə başlandı. Belə ki, Rus və Osetin mənbələri Cənubi Osetiyadakı son münaqişə nəticəsində 2000 Osetin mənşəli mülki vətəndaşın oldüyünü, 34 min Osetinin isə qaçqın düşdüyünü iddia etməktədir. BMT isə ümimilikdə münaqişə nəticəsində 100 min Gürcü və Osetinin qaçqın düşdüyünü bildirdi. Rusiya hərbi əməliyyatlarda 4 hərbi təyyarə itirdiyini, 74 hərbiçisinin öldüyünü, 171-nin yaralandığını, 19 əsgərinin isə itkin düşdüyünü açıqladı. Gürcüstan isə 21 Rus hərbi təyyarəsini vurduğunu, 100-ə yaxın Rus əsgərini öldürdüyünü və 30 nəfərini əsir götürdüyünü iddia edir. Gürcüstan öz itkilərinin isə 300 nəfər olduğunu elan etdi. Problemin həlli istiqamətində diplomatik fəaliyyət davam etsə də proseslər bizə münaqişə sonrasındakı yeni güc tarazlığını və əlaqədar güclərin vəziyyətini təhlil imkanı verməkdədir. Gürcüstan: Ölkənin ərazi bütövlüyünü təmin etmək üçün əməliyyat keçirən rəsmi Tbilisi Rusiyanın hərbi müdaxiləsi ilə böyük itkilərə məruz qalmışdır. Sakavşivilin Cənubi Osetiya həmləsində Rusiyanın reaksiyasını doğru hesablamadığı, Qərbin isə ona Rusiyaya qarşı yeterli dəstəyi vermədiyi görülməkdədir. Rəsmi Tbilisinin hadisələr sonrasında uğradığı itkilərin başında ərazi bütövlüyü məsələsi durmaqdadır. Yeni şərtlərdə Cənubi Osetiya və Abxaziyanın (Saakaşvilinin rəhbərlik etdiyi və Qərb yönümlü xarici siyasət kursu izləyən) Gürcüstan ilə eyni dövlət içərisində yer almasının çox şətinləşdiyini, hətta faktiki olaraq mümkün olmadığını demək olar. Önümüzdəki dövrdə bu iki bölücü bölgənin son hadisələri səbəb göstərərək müstəqillik üçün təkid edəcəyi, Rusiyanın isə ən yaxşı halda ancaq Saakaşvilisiz bir Gürcistanla bu bölgələr arasında konfederativ əsasa dayanan bir münasibətlər sistemi üçün Qərblə diplomatik bazarlıqlar edəcəyi gözlənilə bilər. Rusiyanın bu separatçı bölgələrdə təhlükəsizliyi qorumaq məqsədiylə hərbi baza qurması və münaqişə zonasına yeritdiyi hərbi gücünə legitimlik qazandırması da mümkündür. Üstəlik Cavaxetiyadakı Ermənilərin də separatçı tələblərini daha güclü şəkildə gündəmə gətirəcəyi düşünülməkdədir. İkincisi. savaş Gürcüstanın siyasi, iqtisadi və xüsusilə də hərbi imkanlarına böyük zərbə vurdu. Gürcistan Təhlükəsizlik Şurası Gürcü ordusunun ciddi itki verdiyini və silahlarının böyük bir hissəsinin yararsız hala düşdüyünü açıqladı. Üçüncü olaraq, Saakaşivilinin ölkə içindəki imici ciddi bir zərbə aldı. Eyni zamanda bu vəziyyət müxalifətin daha da güc qazanmasına və onun hakimiyyətinə ciddi təhlükə törətməsinə səbəb olacaq. Dördüncüsü, Rus hərbi müdaxiləsi Gürcü xalqında Rusiyaya qarşı mənfi hissləri daha da gücləndirirkən, Gürcüstana lazımı dətəyi verməyən ABŞ və AB-yə dair inamı da sarsdı. Saakaşvili 12 avqustada Tbilsi meydanındakı mitinqdə verdiyi açıqlamada Cənubi Osetiya və Abxaziyanı Rusiyanın işğal etmiş olduğunu, MDB-dən çıxacaqlarını elan etdi və digər üzvlərə də bunu etməyə çağırdı. Gürcüstanın Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünə vetosunun isə uzun müddət daha davam etdirməsi gözlənilməkdədir. Rusiya: Məlum olduğu kimi, “Gül inqilabı”ndan sonra Gürcüstan rəhbərliyinin Qərb yönümlü xarici siyasət kursundan və Rusiya ilə münasibətlərindəki sərt üslubundan böyük narazılıq edən rəsmi Moskva ilə Tbilisi arasındakı münasibətlərə daimi gəginlik və böhranlar hakimdi. Gürcüstanın (həm də Ukraynanın) Rusiyanın etirazlarına məhəl qoymadan son 15 ildə davamlı şərqə doğru genişləyən NATO-ya üzv olması istiqamətindəki təkidi isə rəsmi Moskvanın xüsusilə hiddətləndirmişdi. Rəsmi Tbilisi Rusiyanın MDB məkanında Rusiyaya alternativ enerji və nəqliyat lahiyələrinin keçiş nöqtəsi olması, həmçinin bu prosesi sürətləndirmədəki fəallığı da Kreml rəhbərliyini qıcıqlandırmaqda idi. Balkanlardakı ənənəvi müttəfiqi Serbiyaya qarşı Qərbin izlədiyi kurs və xüsusən də Kosovonun müstəqilliyinin tanınması da rəsmi Moskvada ciddi narazılıq yaratmışdı. Yenə enerji rəqabəti və raket əleyhinə müdafiə sistemi səbəbilə daha da kəskinləşən Rusiya-ABŞ münasibətləri fonunda da Qərbin müttəfiqi Gürcüstan rəsmi Moskva üçün hədəfdəki ölkəydi. Rusiya Gürcüstana “dərs vermək üçün” bəhanə axtarırdı və Gürcülərin Cənubi Osetiya əməliyyatı Moskvaya bu imkanı verdi. Rusiyanin işğal əməliyyat boyunca Gürcüstanın ordusu ciddi şəkildə zəiflədildi, ölkədə NATO-nun və ABŞ-ın dəstəyi ilə qurulan strateji xarakterli obyektlər vuruldu, Saakaşvilinin hakimiyyətinə mühüm zərbə endirildi. Rusiya prezident Saakaşvilinin hakimiyyətdən getməsini tələb etməkdə, hətta onun “savaş səbəbkarı” və “soyqırımçı” kimi Haaqa Məhkəməsində mühakimə edilməsi üçün cəhdlər göstərməkdədir. Rusiya Gürcüstana, son dövrlərdə Qaradəniz donanması səbəbiylə gərginlik içində olduğu və Gürcüstana hərbi dəstək verməklə günahlandırdığı Ukraynaya və MDB məkanındakı Rusiya ilə arasına məsafə qoymaq istəyən digər dövlətlərə və nəhayət əsas olaraq ABŞ-a və NATO-ya Cənubi Qafqazda, hətta bütün MDB məkanındakı maraqlarını lazım gəldiyində yenidən hərbi güclə qorumaq iqtidarında olduğu məsajını verdi. Münaqişənin Rusiya-Qərb xüsusən də Rusiya-ABŞ münasibətlərində bir kəskinləşməyə səbəb olduğu müşahidə olunmaqdadır. Rus hərbi müdaxiləsi Moskvanın Cənubi Qafqazda zəifləmə dönəminə girən Rusiya təsirin dayandırma və geri çevirmə məqsədi ilə yanaşı, “Kosovonun intiqamının alınması” kimi də xarakterizə edilə bilər. Ancaq, bu hərbi müdaxilə həm də Rusiyanın MDB məkanında separatizmin yanında olduğu tezisini açıqca sübut etdi və beynəxalq ictimaiyyət nəzdində “imperialist Rusiya” imicinin daha da güclənməsinə xidmət etdi. Qərb: Gedişat ABŞ-ın hadisələri dayandıra və Gürcüstana lazımı dəstəyi verə bilmədiyini göstərdi. ABŞ-ın, müttəfiqi Gürcüstana qarşı Rus hərb müdaxiləsinin qarışını ala bilməməsini və hadisələrlə müqayisədə cılız və nəticəsiz sayılabiləcək diplomatik cəhdlər etməsini müxtəlif şəkillərdə izah etmək olar. Əvvəla, Gürcüstanı Rusiya ilə mübarizədə dəstəkləyən ABŞ Saakaşvilinin Cənubi Osetiyaya hərbi müdaxiləsindən daha əvvəl xəbərinin olmadığı və bu çərçivədə hadisələrin bu cür inkişafına hazırlıqsız olduğunu düşünmək mümkündür. Ancaq Gürcü ordusunda çox sayda Amerikalı hərbi təlimçinin olması düşünülürsə, bu zəif bir ehtimaldır. Qaldı kı, Saakaşvilin bu böyüklükdə bir əməliyyatdan ABŞ-ı xəbərdar etməməsi də ağlabatan deyil. İkinci ehtimala görə, ABŞ-ın da Gürcüstanın bu əməliyyatından xəbəri vardı, ancaq Rusiyanın bu qədər sərt reakisya verəcəyini gözləmirdi. Bu çərçivədə Rus hərbi müdaxiləsindən sonra, başda İran olmaq üzrə müxtəlif qlobal problemlərdə Rusiya ilə əməkdaşlığa ehtiyac duyan, İraq və Əfqanistanda müharibə edən ABŞ Gürcüstana görə rəsmi Moskva ilə münasibətləri tam böhran vəziyyətinə gətirmək istəmədi. Qaldı ki, hadisələrin diplomatik müstəvi xaricində cərəyan etməsində ABŞ-ın da müəyyən rolu var. Belə ki, Rusiya 8-9 avqust tarixlərində Gürcüstanın Gənubi Osetiya əməliyyatını dayandırmaq üçün BMT-dən qərar aldırmaq istəsə də ABŞ buna imkan verməmişdi. Əvəzində isə Rusiya ABŞ-ın və AB fəaliyyətdəki sədri Fransanin BMT nəzdindəki diplomatik cəhdlərinə müsbət cavab vermədi. Rəsmi Moskva bu konteksdə Fransanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi atəşkəs qərarına “Gürcüstanın işğal faktının və Gürcü hərbiçilərin qanunsuz əməllərinin qeyd edilmədiğini” səbəb göstərərək veto qoydu. Xatırladaq ki, Fransanın atəşkəs təklif paketində hərbi əməliyyatların dərhal dayandırılması, Rus ordusunun Cənubi Osetiyadan çıxarılması və Gürcüstanın ərazi bütövlüyünə əməl edilməsi, münaqişədən zərər çəkənlərə yardım göstərilməsi nəzərdə tutulurdu. Rusiya ancaq avqustun 12-də hərbi əməliyyatları tamamlandığını açıqladıqdan sonra Qərbdən gələn diplomatik vasitəçilik cəhdinə maraq göstərməyə başladı. Rəsmi Moskvan bu prosesdə “Gürcüstanı dəstəkləməkdə və bölgədəki gərginliyin savaşa çevrilməsində əsas günahkar kimi” gördüyü ABŞ yerinə, yaxşı münasibətlərə malik olduğu AB-nin fəaliyyətdə olan həmsədri Fransanın növbəti diplomatik cəhdinə müsbət cavab verdi. Eyni gün Moskvaya səfər edən Fransa Prezidenti Nikolas Sarkozi RF Prezidenti Medvedevlə, problemin həlli prinsiplərinə dair 6 maddədən ibarət bir tekliflər paketini razılşadırdı. Sarkozinin bu bu prinsiplərlə bağlı Tbilisiyə gedərək prezident Saakaşvili ilə də müzakirələr apardı. İki tərəfin ümumi razılıq əldə etdiyi priniblər isə güc istifadəsindən imtina etməyi, hərbi əməliyatları tamamən dayandirmağı, insani yardıma imkan verilməsini, Gürcü ordusunun daimi hərbi bazalarına, Rus ordusunun hərbi əməliyyatlardan əvvəlki mövqelərinə qayıtmasını, Cənubi Osetiya və Abxaziyanın statusuna dair beynəlxalq müzakirələrin başlamasını nəzərdə tuturdu. Ancaq Saakaşvilin separatist bölgələrin gələcək statusuna dair maddəyə etirazı atəşkəsi başlamadan bitirdiyi kimi Rus hərbi irəlləməsinin davam etməsinə səbəb oldu. Rəsmi Moskvanın Gürcüstana hərbi müdaxiləsi Qərbin, xüsusən də ABŞ-ın bölgədəki mənafelərinə və “narincı inqilablarla Rusiyanı mühasirə alma” cəhdlərinə çox böyük zərbə vurmaq kimi qiymətləndirilməlidir. Bu vəziyyət MDB məkanındakı bəzi dövlətlərin ABŞ-la münasibətlərdə daha ehtiyatlı müvqe tutmasına səbəb olacaq. ABŞ, bu zərbənin təsiri zəiflətmək üçün fəallıq göstərməyə başlayaraq Rusiya-NATO ortaq dəniz manevralarında iştirakdan vaz keçdiyini və 14 avqustda ABŞ Dövlət Katibi Raysın Tbilisiyə gedəcəyini açıqladı. Bəzi xəbərlərdə, ABŞ ordusunun Gürcüstana insani yardım əməliyyatı başladacağı, rəsmi Vaşinqtonun Rusiyanı G-8-dən çıxarmaq istədiyi və ÜTT üzvülüyünü veto edəcəyi bildirilməkdədir. Rusiyanın Gürcüstanı işğal etməsi AB içərisində də mübahisə yaratdı. AB-nin açıqca Gürcüstanın yanında yer alan yeni üzvüləri Polşa, Litva, Latviya və Estoniya Rusiyanın hərbi müdaxiləsinə qarşı sərt addımlar atılmasını istəyirlər. Ancaq AB-nin Fransa, Almaniya və İtalya kimi üzvləri daha ehtiyatlı bir mövqe tərəfdarıdırlar. Polşa və Baltık ölkələrinin Rusiyanın Gürcüstana müdaxilisinə dair bu mövqeyinin AB-Rusiya stateji əməkdaşlığına mənfi yöndə təsir göstərəcəyini gözləmək olar. Xatırladaq ki, aprelin 29-nda Litvanın AB-Rusiya strateji əməkdaşlıq müqavilləsini müzakirələr prosesinə veto qoyarkən, önə sürdüyü səbəblərdən biri Gürcüstan və Moldovadakı “dondurulmuş münaqişələrin” həlli məsələsi idi. Bundan başqa Rusiyanın Gürcüstana müdaxiləsinin AŞPA və AB parlamentində müzakirəyə çıxarılması da gözlənilməkdədir. Türkiyə: Rəsmi Ankaranın Cənubi Osetiya hadisələrində, “cox istiqamətli gücləndirilmiş əməkdaşlıq” konteksində əlaqələrini inkişaf etdirdiyi Rusiya ilə qonşusu və siyasi, hərbi və iqtisadi dəstək verdiyi Gürcüstan arasında cıxılmaz vəziyyətdə qaldı. Xatırladaq ki, SSRİ dağılqdan sonra Türkiyə Gürcüstanda baş verən separatizmlə münasibətdə daxildə güclü Qafqaz diasporunun, xüsusən bu bölgələrə dəstək vermə təzyiqi ilə qarşı qarşıya qalmış, hətta cox sayda Qafqaz mənşəli vətəndaşı serapatistlərlə bərabər Gürcüstana qarşı savaşda istirak etmişdi. Ancaq Türkiyənin də Kürt separatizmdən zərər çəkməsi, Azərbaycanın Ermənistan işğalına məruz qalması və ABŞ-ın də təsviqi ilə rəsmi Ankara Gürcüstanın ərazi bütövlüyünü güclü şəkildə dəstəklədi. Hətta rəsmi Ankaranın Gürcüstana verdiyi dəstək son hadisələrdə Rus mətbuatı tərəfindən “Tbilisinin hərbi təcavuzkarlığının əsas səbəblərindən biri kimi” təqdim edildi. Hadisələr başlayan kimi Xarici İşlər Nazirliyi nəzdində “Böhran qrupu” təşkil edən Türkiyənin Rusiya-Gürcsütan münaqişəsində ümumilikdə passiv mövqe tutduğu müşahidə edilməkdədir. ABŞ-ın və AB-nin belə lazımı fəallığı göstərə bilmədiyi bir şəraitdə Ankaranın bu mövqeyi, “tərəf tutmayaraq hər iki ölkə ilə də münasibətləri qorumaq cəhdi” kimi izah edilə bilər. Düzdür, Türkiyə nəzəri olaraq bu məqsədinə münaqişədə vasitəçilik misyasını yerinə yetirərək daha yaxşı şəkildə çata bilərdi. Ancaq hadisənin ilk günlərində “telefon diplomatiyası” yoluyla problemi müzakirələr yoluyla həll etmə çağrışı edən Ankaranın bu mövqeyinin belə Rusiya tərəfindən xoş qarşılanmadığı söylənə bilər. Hətta Türk mətbuatı RF Baş naziri Vladimir Putinin Baş Nazir Tayyib Ərdoğanın telefon zənqinə cavab vermediyini iddia etdi. Ərdoğan isə mətbuata verdiyi açıqlamasında bu xəbərin yalan olduğunu vurğuladı. Ancaq, Ruisyanın Gürcüstana hücumunu davam etdirdiyi və Gürcüstanın isə bir neçə dəfə atəşkəs istədiyi bir şəraitdə Ərdoğanın dəməclərində sıx-sıx “Saakaşvili ilə danışdım, Putinə də zəng edəcəm” şəklindəki açıqlaması, görəsən “hadisənin əsas səbəbkarı olan RF-nin Baş Naziri Putinlə niyə əlaqə qurulmur, yoxsa “mətbuatın yaydığı xəbər üslub baxımınmdan olmasa da məna cəhətdən doğrudur” şübhəsini yaratdı. Diplomatik sahədə Türkiyənin problemlə bağlı mövqeyi münaqişədən narahat olduğunu bildirməsi və Gürcistanın ərazi bütövlüyün tandığını vurğulaması ilə yadda qaldı. Türkiyə Prezidenti Abdullah Gül və Baş Nazir Ərdoğan tərəfindən veriləni açıqlamalarda önə çıxan bu məsaj, Qafqazda, Rusiyanın da iştirak etdiyi bir “Sabitlik Formu” qurulması təklifi ilə də dəstəkləndi. Türkiyənin keçmiş prezidenti Süıleyman Dəmirəl tərəfindən hələ 2000-ci ildə gündəmə gətirilən təklifin mövcud şərtlərdə Qafqazda həyata keçirilməsi isə mümkün görünmür. Digər yandan, Türkiyə Sakaşvilinin insani yardım çağrışına cavab verərək Gürcüstana “Qızılay” (Qızıl Aypara) cəmiyyəti vasitəsi ilə yardım göndərdi. Türkiyənin problemə dair son addımı Baş Nazir Ərdoğanın iki ölkənin liderlərij ilə görüşmək üçün Moskvaya və Tbilisiyə getməsi oldu. Rusiyanın Türkiyənin güclü əməkdaşlıq etdiyi Gürcistana hucumu Cənubi Qafqazda mənfəət mübarizəsində rəsmi Ankaranın mövqeyinə ciddi zərər vuran hadisə olmuşdu. Ancaq Rusiya yaxşı əlaqələr qurduğu Türkiyənin bölgə maraqlarını tamamən gözardı etmədiyini Bakı-Ceyhan kəməri mövzusundakı açıqlamaları ilə göstərməyə çalışdı. Hətta Rus Ordu Baş Qərargahının üst rütbəlisi keçirdiyi mətbuat konfransında Gürcüstanı Türkiyəni savaşa soxmağa çalışmaqda günahlandırdı. Digər yandan Türkiyənin prosesin vudruğu zərərləri ortadan qaldırmaq üçün Gürcüstanın yenidən qurulmasına dəstək verəcəyi və Azərbaycanla münasibətləri daha da gücləndirməyə çalışacağı gözlənilə bilər. Türkiyədə Rusiyanın bölgədəki gücünü tarazlamaq üçün Qafqaz siyasətinə yeni yanaşmanın vacibliyini və bu çərçivədə Ermənistanla münasibətlərin mülayimləşməsinin zəruruliyi önə sürənlər də var. Xatırladaq ki, Türkiyənin getdikcə daha güclü bir şəkildə Qərbdən gələn qondarma “Erməni soyqırımı” amilinin təzyiqi altında qaldığını vuğulayan bəzi dairələr problemin ”Türkiyə-Ermənistan münasibətlərinin normallaşması” ilə həll ola biləcəyini və bu çərçivədə iki ölkə arasında sərhəddin açılmasının zəruri oduğunu önə sürürlər. Uzun zamandır önə sürülən bu yanaşma iyul ayı başında Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə Prezidenti Abdullah Gülü 6 sentyabrda İrəvandakı Ermənistan-Türkiyə futbol oyununa dəvət etməsi ilə yenidən Türkiyə gündəmində geniş bir şəkildə müzakirə edilməyə başlamışdır. Bu müzakirələrin Türk və Erməni üst rütbəli diplomatlar arasinda 8-9 iyul tarixlərində Cenevrədə danışıqların aparılması, Ermeni diplomatların ABŞ-dakı Türk evi və diplomatik korpusunun tədbirlərində iştirak etməsi, uydurma “Erməni soyqırımı” mövzusundakı sərt üslubu ilə tanınan Türkiyə Tarix Qurumunun Sədri Prof. Yusif Halacoğlunun səlahiyyət müddətin uzadılmaması, sərhəddin açılmasını istəyən müxtəlif yerli QHT-lərin və işadamlarının fəallığını artırmaları fonunda aparılması isə sərhəddin açılması mövzusundakı cəhdlərin ciddiyətini ortaya qoymaqdadır. Üstəlik, Türkiyə-Ermənistan sərhəddinin açılması üçün rəsmi Ankara nəzdində davamlı cəhdlər edən ABŞ və AB-nin də son müzakirələrə də xüsusi maraq göstəriyi, hətta özünün istiqamət verdiyi belə idddi ediləbilir. Son Rus hərbi müdaxiləsi bu iki gücə Cənubi Qafqazda Rusiyanın artan təsirini gücünü tarazlamaq üçün Ankaranı Ermənsitan siyasətinə yendiən baxmaya təşviq etmədə və təzyiq göstərmədə əlavə impuls verəcək. İran: İran Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Həsən Qəşqavinin verdiyi məlumata görə, rəsmi Tehran tərəflər arasında qanlı toqquşmadan narahat olduğunu bildirərək, münaqişəni dayandırmağı və zərər çəkmişlərə yardım edilməsini istəyib. İran rəsmisi həmçinin bu münaqişənin ümumilikdə Qafqazın təhlükəsizliyinə xələl gətirəcəyindən öz narahatçılığını da ifadə edib. İran mətbuatın verdiyi məlumatlardan belə qənaətə gəlmək olar ki, rəsmi Tehran regionda hərbi münaqişənin alovlanması tərəfdarı olmasa da, bu prosesin AB və ABŞ-la Rusiyanın ixtilaflarının dərinləşməsinə və İranıın nüvə məsələsinin bir qədər arxa plana keçməsinə xidmət etməsindən məmnundur. İran rəsmi Moskvanın bölgədəki ağırlığının artmasından bir bölgə gücü olaraq cox şad olmasa da, Rusiyanın ABŞ-ın bölgəki təsirini zəiflədən bu gedişini müsbət qarşıladığı təxmin edilməkdədir. Beləcə, rəsmi Tehran üçün ABŞ-ın İranı mühasirəyə alma prosesindəki halqalardan biri olan Gürcüstan Rusiyanın əli ilə zəiflədilmiş oldu. Ayrıca, Rusiya ilə ABŞ arasında ixtilafların dərinləşməsi İranın manevra imkanlarının genişlədilməsinə xidmət etməkdədir. Ukrayna: Müstəqillik sonrasında Ukraynanın Rusiya ilə münasibətləri problemli olmuş, 2004-cü ilin sonlarındakı “narıncı inqilabdan” sonra isə iki ölkə arasındakı münasibətlər daimi böhranlar zolağına girmişdir. Münasibətlərdə gərginlik mənbəyi halına gələn enerji, Ukraynanın NATO üzvlüyü və Riusiyanın Qaradəniz Donanamasının statusuna dair məsələlərə indi də Cənubi Osetiya hadisələri əlavə olundu. Ukrayna bu hadisələrdə birmənalı şəkildə Gürcüstanı dəstəklədi, hərbi əməliyatlarda iştirak edən Qaradəniz Donanması gəmilərinin Ukraynadakı bazalarına geri dönməsinə icazə verməyə biləcəyini açıqladı. Ukrayna Cənubi Osetiyadakı münaqişə bölgəsinə sülhməramlı göndərmək istədiyini də bəyan etdi. Rusiya isə Ukraynanın Gürcüstana silah verərək Cənubi Osetiyadakı müharibənin səbəbkarlarından biri olduğunu elan etdi. Bu arada Rusiyanın Gürcüstana müdaxiləsində Ukrayna ilə yaşadığı Qaradəniz donanması böhranın da rolunun olduğu təxmin ediləbilər. Rusiyanın fürsətdən istifadə edib proseslər sonrası Rus Qaradəniz donaması üçün Abxaziyada alternativ baza qurması gözləniləndir. Rəsmi Moskvanın “Abxaziyanı qoruma” bəhanəsi ilə Qaradəinz donamasından bəzi gəmiləri Gürcüstanın dəniz sərhəddinə göndərməsi də bu istiqamətdə ilk addım sayıla bilər. Artıq Ukrayna Prezidenti Yuşenko bu ölkənin Təhlükəsizlik Şurasının Rusiyanin Qaradənizdəki donanması ilə bağlı xüsusi qərarını imzalamışdır. Qərar donamaya daxil olan gəmilərinin və hərbi hava vasitələrinin Ukrayna sərhədlərinə giriş çıxışlarına xüsusi məhdudiyyətlər gətirir. Rəsmi Moskva isə Ukraynanın bu qərarını “əlaqədar müavilələri pozan tək tərəfli alınmmış Risya əleyhdarı bir qərar kimi” xarakterizə etdi. Hadisələr, Rusiya ilə Ukrayna arasında yeni bir böhranın baş vermək üzrə olduğunu gəstərməkədir. Bundan başqa Ukraynanın NATO üzvülüyü məsələsini daha da sürətləndirmək istəyəcəyi gözlənilməkdədir. Azərbaycan: Rəsmi Bakı Gürcistanın Cənubi Osetiya əməliyyatını ərazi bütövlüyünün təmininə xidmət edən qanuni bir hərəkət kimi gördüyünü və tam dəstəklədiyini elan etdi. Rusiyanın münaqişəyə qatılmasından sonra yaranan vəziyyət haqqında açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Xəzər İbrahim problemin danışıqlar yoluyla həllini təmənna etdiklərini açıqladı. Mətbuat katibi “son hadisə ilə Rusiyanın etnik bölücülük məsələsində tərəfsizliyini itidiyi üçün Minsk Grubu həmsədrliyindən çıxarılması” fikrinə münasibət bildirirkən, rəsmi Bakının mövcud formatı dəyişdirmək istəmədiyini vurğuladı. Bu arada Gürcüstanın hərbi munaqişə zonasına çevrilməsi ilə Azərbaycan bu ölkəni tərk etmək istəyənlərin tək tranzit yoluna çevrilib. Azərbaycandan Tbilisiyə təyyarə reyslıəri dayandırılıb və Gürcüstanda, Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyətinin tənzimlənməsində məsul Azərbaycan vətəndaşları bu ölkədən çıxarılıb. Ancaq Bakı-Tbilisi istiqamətindəki sərnişin və yük qatarlarının fəaliyyətinə davam etdiyi bildirilməkdədir. Münaqişənin ilk günlərində Rusiyanın Gürcüstanın Azərbaycanlılar yaşayan bölgələrində yerləşən hərbi obyektləri bombalaması təşviş yaratsa da, əhalinin kütləvi köçünün yaşanmadığı və Gürcütan vətəndaşı Azərbaycanlıların elan edilən səfərbərlik prosesində fəal iştirak etdiyi xəbər verilməkdədir. Cənubi Osetiya hadisələri və Rusiyanın hərbi müdaxiləsi bir neçə baxımdan Azərbaycana öz təsirini göstərəcəkdir. Əvvəla, artıq rəsmi Bakı, tez-tez gündəmə gətirdiyi “Qarabağı lazım olsa hərbi yolla alma” tezisini daha ehtiyatlı istifadə etməyə çalışacaqdır. İkincisi, hadisələr Azərbaycan üçün Qərbə çıxışda əsas enerji və nəqliyat koridorunun ciddi təhlükə altında olduğunu göstərdi. Belə ki, daha əvvəl Türkiyədəki qəza səbəbiylə faəliyyəti dayandırılmış Bakü-Ceyhan neft kəməri açıq hədəf halınə gəldi, Bakı-Supsa neft kəməri ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə fəaliyyətini dayandirdi (bəzi iqtisadçılar enerji ixracatındakı son dayanmanın Azərbayana təxminən 500 milyon dollar zərər verdiyini bildirirlər). Rusiya rəsmiləri hərbi əməliyyatlar boyunca Bakı-Tbilisi-Ceyhan kəmərinin hədəfdə olmadığını açıqlasalar da, Gürcüstan rəsmiləri Rusiyanın kəməri vurmağa çalışdığını, ancaq bunda başarılı olmadıını önə sürdülər. Qaldı kı, Rusiya və Ermənsitanın cəsarətləndirməsi ilə Cavahxetiya Ermənlilərinin bölücü təşəbbüslərini fəalaşdırması ehtimalının güclənməsi də da bu bölgədən keçən kəmərin fəaliyyətini təhlükə altına qoya bilər. Bu çərçivədə Azərbaycanın Rusiya ilə daha əvvəl kəsdiyi və Medvedevin son Bakı səfəri ilə də yeni konteksdə gündəmə gələn enerji əməkdaşlığı məsələsində daha mülayim davranması gözləniləndir. Üçüncüsü, Cənubi Osetiya hadisələri Rusiya ilə Qərb arasındakı münasibətlərin bölgəsəl və hətta qlobal miqyasda daha da kəskinləməsinə səbəb olabilər ki, bu da xarici siyasi kursda tarazlıq kursu yeridən rəsmi Bakının manevr imkanlarını çətinləşdirməyə xidmət edər. Ermənistan: Rəsmi İrəvanın, özü açıqca qəbul etməsə də, Cənubi Osetiya müharibəsində Rusiyaya dəstək verdiyi, Gürcüstanı bombalayan təyyarələr arasında Ermənistandakı Rus hərbi bazasından havaya qalxanların olduğu bilinməkdədir. Digər yandan ənənəvi müttəfiqi Rusiyanın Gürcüstanda sepraratizmə verdiyi hərbi dəstəyin Ermənistanın Qarabağ məsələsindəki mövqeyini gücləndirməsinə xidmət etdiyini söyləmək olar. Nəticə Cənubi Osetiya hadisələri Rusiyanın milli maraqlarını qorumaq üçün 2000-ci illərin başından bu yana tətbiq etdiyi “enerji diplomatiyası” ilə yanaşı “hərbi müdaxilə” silahını beynəlxalq arenada yendiən istifadə etməyə başladığının göstərməkdədir. Xatırladaq ki, vaxtı ilə Macarıstan, Cexoslovakiya və Əfqanistanda, SSRİ-nin son illərində isə ittifaq respublilkalarındakı milli azadlıq hərəkatlarını yatırtmaq üçün faydalanılan bu metoddan Rusiya 1991-ci ildən sonra da fəal istifadə etmişdi. Rusiya tərəfindən “hərbi müdaxilə” silahı beynəxalq arenada ən son 1999-cu ildə Kosovodakı Priştina hava limanın ələ geçirmək üçün istifadə edilmişdi. Bu gün Gürcüstanı “Cənubi Osetiyadakı problemini həll etmək və torpaq bütünlüyü təmin etmək üçün hərbi gücə başvurmaqda” günahlandıran Rusiyanın Çeçenistanda eyni vasitəni, həm də hər cür hüquqa zid metodlarla tətbiq etdiyi də yaxşı xatırlanmaqdadır. Görünən odur ki, böyük güclərin öz strateji maraqlarını hərbi güclə təmin etməsi ənənəsinin demokratiya, insan huquqları və hüququn üstünlüyü prinsiplərin geniş təbliğ edildiyi müasir şəraitdə öz aktuallğını itirməmişdir. Rəsmi Moskanın son hərbi müdaxiləsi ilə bölgədəki güc nisbətində Rusiyanın və Gürcüstandakı separatist qüvvələrin mühüm güc qazandığı, Ermənistan və İranın da proseslərdən müəyyən faydalar əldə etdiyi görünməkdədir. Buna qarşılıq Gürcsütan və ABŞ-ın ciddi zərbə aldığı, AB, Azərbaycan, Türkiyə və Ukraynanın isə müəyyən zərərlərə uğradığı söylənə bilər. Uzunmüddətli planlarda isə RF-nin həm Qərblə münasibətləri konteksində, həm də keçmiş Sovet respublikalarındakı imici ilə əlaqədar zərərli çıxacağı ehtimalı da mövcuddur. Buna qarşılıq, ərazi bütövlüyü ilə əlaqdar olmasa da, Qərbin dəstəyini almaq mövzusunda Gürcüstanın və müəyyən dərəcədə Azərbaycanın mövqeləırini gücləndirmə ehtimalı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar