SON XƏBƏRLƏR

AZƏRBAYCANDA YAYIMLANAN RADİO AZƏRBAYCAN DİLİNDƏ NECƏ DANIŞIR?

2021.10.20, 07:36
AZƏRBAYCANDA YAYIMLANAN RADİO AZƏRBAYCAN DİLİNDƏ NECƏ DANIŞIR?

Gunaz.tv
AZƏRBAYCANDA YAYIMLANAN RADİO AZƏRBAYCAN DİLİNDƏ NECƏ DANIŞIR? 2008-08-18 - 11:46:00 Yavaş-yavaş hiss etməyə başladım ki, avtomobilim köhnəlir. Və onu dəyişməyə qərar verdim. Uzun sürən marketinq tədbirlərindən sonra yeni avtomobilimi ABŞ-dan almagın daha sərfəli olduğunu anladım. Yəni Avropa və hətta Dubay bazarı ilə muqayisədə Amerikadan alınan maşın əhəmiyyətli dərəcədə ucuz başa gəlir... Və hər şey bundan başladı. Yeni avtomobilimin boyunu sevərkən məlum oldu ki, “hər gözəlin bir eyibi olduğu” kimi, mənim də yeni “oyuncağım”ın bir naqisliyi var – avtomobilin maqnitolası radiotezlikləri ABŞ standartlarına uyğun olaraq qəbul edir, yəni ondabir tezliklərin (frekans) cüt rəqəmlərini tutmaq olmur. Daha sadə dildə desək, məsələn, ANS ÇM radiosunu dinləmək üçün 102 FM tezliyini qəbul edə bilmirəm - radiomu ancaq 101.9 və ya 102.1 tezliyinə yönləndirə bilərəm ki, bu da translayasiyanın keyfiyyətini heçə endirir. Beləliklə, maşın idarə edərkən radio dinləmək imkanlarım xeyli məhdudlaşıb – sadəcə onda bir tezlikləri tək rəqəmlərlə olan radiostansiyaları dinləməkdən başqa əlacım yoxdur. Əslində elə ciddi itki də deməzdim buna - ən azı “Bürc” (100.5 FM), “Azad Azərbaycan” (106.3 FM) və “Avropa plyus” (107.7 FM) radiostansiyalarına növbə ilə qulaq asmaq da müxtəlif əhvallarımın və sərnişinlərimin fərqli zövqlərinin tələblərinə cavab verir... Ondabir frekans və İQ test Dediyim kimi, 107.7 FM-i əvvəlkilərdən daha şox dinləyirəm. “İQ test” verilişi ilə də belə tanış oldum. Müxtəlif krossvordları, testləri, tapmacaları sevdiyim üçün çox da sevindim... Dəqiq yadımdadır – iyulun 16-sı idi (nədən dəqiq yadımda qaldığını bir qədər sonra açıqlayacağıma söz verirəm). Radiomu “İQ test”ə kökləyib ləzzət almağı düşünürdüm. Və aparıcının suallarına iştirakçıdan daha tez və doğru cavab verməyə çalışırdım. Heç də həmişə alınmırdı. Amma “göyərtə hansı nəqliyyat vasitəsinə aiddir” sualına iştirakçıdan daha tez “gəmi” cavabını verib siqaretimi məmnuniyyətlə sümürməyə imkan tapa bilmədim. Düz bir an sonra iştirakçı xanımın “təyyarə” cavabı məni sanki dondurdu... və aparıcının sonda dəyərləndirməsini səbirsizliklə gözləməyə başladım. Cox maraqlı idi. Görəsən, aparıcı bu duruma nə reaksiya verəcək?! Nəhayət o, düz və səhv cavabları qeyd edərək “təyyarə” cavabını rədd etdi və doğru cavabın “gəmi” olduğunu dedi... Axı niyə? Bir neçə dəqiqədən sonra bu dəfə özümün özümə verdiyim suala təxmini bir aydınlıq, deyəsən, gəldi. Aparıcı düz 2 dəfə “Nobelevskaya premiya” ifadəsini işlədib ardınca “Suetskiy kanal” haqqında sual verdi və əslində iştirakçının bu ikidilli suala cavab verə bilməməsi məni çox da təəccübləndirmədi... Rusca “Suetskiy kanal” adlanan coğrafi vahid Azərbaycan dilində Süveyş kanalı adlanır və iştirakçının məhz buna görə də doğru cavab verə bilməməsini düşünməyə, güman edirəm ki, haqqım var. “Nobelevskaya premiya”nın azərbaycanca necə səsləndiyinə isə toxunmadan keçək “ğöyərtə” məsələsinə. Anladığım qədər “İQ test”çilər Azərbaycan Hava Yollarının təyyarələri ilə uçmayıblar. Kim uçubsa, stüardessanın belə bir xatırlatmasını yada sala bilər: “Gəmi göyərtəsində siqaret çəkmək qadağandır!” Bəli, təyyarə də gəmidir, hava gəmisi və Azərbaycan dilində “göyərtə” sözu ruscada “paluba” kəlməsinin tərcüməsi olmaqla yanaşı, həm də “hava gəmisinin bortu” anlayışının qarşılığıdır. Deməli, iştirakçı xanımın cavabı doğru imiş? “İQ test”ə marağım daha da artdı! Və artıq nəyə ğörə ayın tarixini belə xatırlamağımın açması barədə bir qədər əvvəl verdiyim sözə əməl et4miş sayılaram, məncə... 1:1 İyulun 17-si. Yenə maşındayam. Və yenə 107.7 FM. Yenə İQ test.... Marağımın getdikcə güclənəcəyinə dair proqnozlarımın dogrulmasına, heç bilmirəm, sevinmək gərəkdir, yoxsa təəccüblənmək... Aparıcı Çörçilin nəyə ğörə “Nobelevskaya premiya” almasına yenə iki dəfə toxunduqdan sonra iştirakçı ilə belə bir dialoqa girdi: - “U2” qrupu hansı ölkəni təmsil edir? - Velikobritaniyanı... Sual-cavab bitən kimi aparıcı cavabın səhv olduğunu iştirakçının nəzərinə çatdırdıqdan sonra (doğru cavab - İrlandiya) heç bilirsiniz nə etdi? Doğru cavab olaraq qəbul etdi... Çünki, apacının dediyinə ğörə, İrlandiya Böyük Britaniyanın tərkib hissəsi olduğu üçün cavaba müsbət qiymət vermək olar. Amma mən bildiyim qədər, İrlandiya, paytaxtı Dublin olmaqla tam müstəqil bir dövlətdir. Böyük Britaniyaya daxil olansa – paytaxtı Belfast olmaqla Şimali İrlandiyadır. Və təbii ki, cavab hec cür doğru olaraq qəbul edilə bilməzdi, ələlxüsus da “Velikobritaniya” halında. Hər şey bir tərəfə “U2” qrupu Dublindən, yəni İrlandiyadandır... Bircə şeylə təskinlik tapdım ki, bir gün əvvəl dinləyicidən haqsız olaraq alınan balın əvəzini bu gün cıxdılar – 1:1. Doğrudur, bal haqsiz yolla və tamamilə başqa bir iştirakçıya qaytarıldı... Amma hər mənfi yüklü hadisədə də bir müsbət tərəf ola bilər... Test etməyə nəsə varsa, gəlin başlayaq! “İQ test” verilişinin sual-cavab bölmələri məhz bu çağırışla başlayır. Test etməyə nəyinsə olub-olmadığını bilmək üçün iyul ayının sonunadək bu verilişi diqqətlə izləməyə cəhd etdim. Dinləyici tərəfinin bir nümayəndəsi kimi etiraf edim ki, bizim tərəf bu radio verilişində fəlakətə bərabər səviyyədə aşağı göstəricilər nümayiş etdirir. Bu, olduqca vacib məsələdir, amma bir qədər başqa mövzunun predmetidir. Burada isə “İQ test” verilişinin aparıcısının özünü İQ testdən keşməyə dəvət etmək istərdim. Qəzet səhifəsi çərçivəsinin yol verdiyi hədlərdə, gəlin, birgə “dinləyək”: 21 iyul İştirakçı Aparıcıdan sitat Düzəlişlər, şərhlər İrina Tomoqavk silah növüdür, yoxsa keçi parodası? tomohavk, keçi cinsi Xammer çəkiç kimi tərcümə olunur Hammer Cəmilə Xip-xop janri... Hip-hop janrı Bekxem... Bekhem 22 iyul İştirakçı Natiq Dastinq Xofman... Dastinq Hofman Kayuta hansı nəqliyat vasitəsinə aiddir? Kayut İnanırsınız ki, ən sürətlə uçan quş strausdur? Dəvəquşu Vezuvi vulkanının partlaması hansı şəhəri yer üzündən sildi? Vulkan partlamır, püskürür Seyfulla ... Zaqulbaya getdim... Zuğulba ... Uitni Xyuston Uitni Hyuston 23 iyul Esmira Şxuna səhrada yarışmaq üçün cip növüdür? Şxun İnanısiniz ki, bəzi balıqlar insanı 650 voltluq tokla vura bilər? Cərəyan Montevideo haranın paytaxtıdır? “Montevideo” sözündə vurğu, aparıcının tələffüz etdiyi kimi, “i” səsinin deyil deyil, “e” səsinin üzərinə düşür. Bu, həm ispan, həm Azərbaycan, həm də rus dillərində belə səslənir. ...ginekologiya ilə işi yoxdur “Ginekologiya” kəlməsində vurğu, aparıcının tələffüz etdiyi kimi, ikinci “i” səsinin deyil, ikinci “o” səsinin üzərinə düşür Nigar İnanırsınız ki, qoyunların sayısına görə Avstralıiya birincidir? “Sayısına görə” yox, “sayına görə” deyilməlidir Nigar və Lena Montevideo şəhər adıdır, yoxsa yeni video formarı? Səhv təkrar olunur. 24 iyul Elnurə Pinqvin yumurtası böyükdür, yoxsa straus? Səhv təkrar olunur. Cəmil ... farengeyt ölçü vahidi... Faringeyt Nigar Evro 2008 futbol çempionatının himnini kim ifa etdi? Avro 2008 ... Tom Xenks... Tom Henks Luis Felipe Skolari hansı futbol yığmasının baş məşqcisidir? Sual verilən anda Skolari artıq “Çelsi” klubunun baş məşqçisi idi Hansi planetin Yevropa adlı peyki var? Yupiterin Yevropa deyil, Avropa adlı peyki var 25 iyul Səbinə Bu planetin adı ilə avtomobil markası var? ... Saturn planeti adı ilə avtomobil markası var. Merkuri planetinin də adı ilə maşın markası var. Venus planeti adı ilə isə maşın markası modeli var. Sualın düzgün cavabı coxvariantlıdır. Ramiz Gilyotina fransiz həkimi Jozef Gilyotin tərəfindən icad olumuş baş kəsmək üçün cihazdır.* gilyotin, gilyotin cihaz deyil, alətdir ...Perl Xarbor... Perl Harbor Şahnaz İtaliyanın baş naziri Silvio Berluskoni hansı futbol komandasının sahibi idi? Silvio Berluskoni futbol komandasının deyil, futbol klubunun sahibidir. Ruslan Arabika kofe sortudur, yoxsa ərəb rəqsi? qəhvə növü Milli Elmlər Akademiyasının rektoru kimdir? Milli Elmlər Akademiyasının rektoru vəzifəsi yoxdur, presidenti vəzifəsi var. Nikosiya haranın paytaxtıdır? Aparıcı “Nikosiya” sözünü Niko-Siya kimi, yəni hər iki “i” səsinə vurğu etməklə tələffüz edir. Halbuki vurğu tək ikinci “i” səsinə düşür. Vavilon hansı ölkənin ərazisində yerləşirdi? “Vavilon” azərbaycanca Babilistan adlanır. Vatikanla Vavilon arasında düz 5 min (mil) fərq var... Nə deyildiyi ümumiyyətlə anlaşılmır... Nə “5 mil”, nə “5 min” və hətta “5 min mil” anlayışlarının mövzuya aidiyyəti yoxdur. *Maraqlı burasıdır ki, aparıcı gilyotini icad edən şəxsin adını düzgün ifadə edərkən alətin öz adını məhz rusca tələffüz edir. 26 iyul Kamran Xokkeydə penal zərbəsi hansı terminlə adlanır? Hokkeydə penalti zərbəsi Fərəh Plasido Dominqo əfsanəvi ispan aktyorudur, yoxsa Meksika? Plaçido Dominqo 29 iyul Lalə Dakka haranın paytaxtıdır? Dəkkə Roksi Koksi Doxa haranın paytaxtıdır? Doha Operanın qəribə adı var: “Nyurenberqskie meysterzinqerı”. “Nürnberq meysterzingerləri” Hüseyn Mika Xakkinen hansı idman növündə çempiondur? Mika Hakkinen 30 iyul Nərgiz 1997-ci ildə ekrana çıxmış “Şakal” filmində... Filmin adı orijinalda “The Jackal”, Azərbaycan dilində isə “Çaqqal”dır. Atlardan qorxu xəstəliyi var və qippofobiya adlanır Hippofobiya Aliya Şxuna nəyin növüdür? Şxun Vavilon hansı ölkənin ərazisində yerləşirdi? Səhv təkrar olunur. 31 iyul Aynurə Abu Dabi haranın paytaxtıdır? “Abu Dabi” kəlməsində vurğu aparıcının tələffüz etdiyi kimi, hər iki “a” səsinə deyil, u” və ikinci “a” səslərinə düşür. Günel Kambala balıq növüdür? “Kambala” sözündə vurğu aparıcının tələffüz etdiyi kimi sonuncu “a” səsinə deyil, birinci “a” səsinə düşür. Müasir avtomobillərdə karbüratoru hansı cihaz əvəz edir? Karbüratoru əvəz edən injektoru cihaz adlandırmaq düzgün deyil. Aygün İnanırsınız ki, ən sürətlə uçan quş strausdur? Səhv təkrarlanır. Xip-xop mədəniyyətinin vətəni bu ölkədir. Səhv təkrarlanır. Başlayaq! Amma test etməyə heç nə yoxdur! Şübhəsiz ki, yuxarıda göstərilən cədvələ nəzər salarkən bəziləri aparıcının və ya “İQ test” redaktorlarının rusdilli olduqlarına diqqət çəkərək “əsas mahiyyətdir, onun hansı dildə ifadə oluması deyil” deyə daha yumşaq dəyərləndirmə çağırışı edərlər. Bəlkə də razılaşmaq olar... Doğrudan da məsələnin mahiyyətinə varmasan... Amma üç səbəbə görə razılaşmaq çətin olacaq. Əvvəla ona görə ki, aparıcının iyulun 26-da bir iştirakçıya xitabən “Ruslan, azərbaycancanı unutmusan, a, Ruslan” ittihamını nəzərdən qaçırmaq mümkün deyil. İkincisi, misalların əhəmiyyətli hissəsi dil-tələffüz problemi ilə bağlı olmayıb səsləndirilən mövzudan xəbərsizlik nümunəsidir. Üçüncüsü isə, məsələnin mahiyyətinə varmaq gərəkdir. Bu halda isə, ən əvvəl qeyd etməliyik ki, kütləvi tribunadan səslənən fikrin və sözün məsulliyətinin dərki ələlxüsus elektron kütləvi informasiya vasitələri əməkdaşlarının ümdə vəzifələrindəndir. Məsələn, müntəzəm olaraq radio kimi mötəbər instansiyadan “Babilistan”, “Dəkkə” deyil, “Vavilon” və “Dakka” eşidən, “ginekologiya” və “Monevideo” sözlərini yanlış tələffüzlə dinləyən vətəndaş, şübhəsiz ki, şüuraltı olaraq məhz nüfüzlu mənbəyə inanır, beləliklə, orqanik olaraq yad, yanlış və yabançı kəlmələr fəal qarşılığı olduğu halda belə gündəlik dilimizə keçir. Təəccüblü olmazdı ki, təhsil, dil, mədəniyyət və elm sahələrindəki bugünkü xaos və özbaşınalıq şəraitində nə vaxtsa ədəbi dildə orijinal kəlmələrin əvəzlənməsi ilə də nəticələnə bilər. Haşiyədən kənar: Bu yaxınlarda bir radio reklamında Bakı-Aleppo aviareysinin açılışı haqqında məlumat verildi. Gəlin, birgə test keçırək: ətrafınızdakı 10 nəfərdən Alepponun hansı şəhər olduğunu soruşun. Sonra daha başqa 10 nəfərdən Suriyanın Hələb şəhərinin rusca necə adlandırıldığını öyrənin. Mənim keçirdiyim sorğuda 20 nəfərdən yalnız 4-ü Alepponun məhz Hələb olduğunu bidi, yəni respondentlərin cəmi 20 faizi! Həmin reklamı sifariş edənlərin, hazırlayanların, kütləvi informasiya vasitəsinə buraxan həmkarlarımın məsuliyyətini, güman edirəm ki, anlada bilirəm. İQ (intelligence quotient) testləri insan şüurunun təfəkkür qabiliyyətinin, düşünmə bacarığının göstəricisidir və qətiyyən erudisiyanın, yəni məlumatlılığın dəyərləndirməsini ortaya cıxarmır. Odur ki, ən müxtəlif mənbələrdən ətraflı məlumatlar əldə edilməsi və hafizədə saxlanması qabiliyyəti İQ gəstəricisi kimi qələmə verilə bilməz. Bu baxımdan verilişin adının “İQ test” qoyulmasının özünü də qüsur kimi dəyərləndirmək olar. Çünki iştirakçı dinləyicilər sadəcə pərakəndə tematika üzrə öz məlumatlılıqlarını, bir sözlə, erudisiyalarını ortaya qoymağa çalışırlar. Bu isə qeyd etdiyimiz kimi, İQ göstəricisi deyil. Amma həmin sualları tərtıb edənlər, ortaya çıxaranlar və səsləndirənlər üçün, heç şübhəsiz, İQ göstəricisidir. Məsələn, “bu donmayan mayeni avtomobilin radiatoruna tökürlər” (24 iyul) sualı özü qüsurludur, cünki doğru cavabı çoxvariantlıdır: antifriz tə tosol. Eləcə də, yuxarıda göstərildiyi kimi, “hansı planetin adı ilə avtomobil markası var” sualının da düzgün ən azı iki, qeyd-şərtlərlə isə üç cavabı var. Və yaxud müvafiq suala səhv cavab vermiş iştirakçıya müraciət edən aparıcı istehza ilə deyir: “Nigar, kefiniz, deyəsən, yaxşıdır, çünki məzə ilə cavab verirdiniz. QUAM təşkilatının 4 üzvü var. Bu necə tərcümə olunur: Q - Gürcüztan, U – Ukrayna...” və sair (24 iyul). Əvvəla, aparıcının dili ilə desək - “QUAM” - abbreviaturadır və onu tərcümə etmək yox, açılışını səsləndirmək lazımdır. Və əslində aparıcı elə bunu da edir, amma çox sadə detala diqqət edə bilmir ki, abbreviaturanın birinci hərfi Gürcüstana aiddirsə, deməli, məhz “G” kimi yazılmalı və tələffüz də edilməlidir – GUAM. Və elə bu da azərbaycanca səslənişdir. Eləcə də Berluskonin FC “Milan”a sahib olmasını bilmək erudisiya göstəricisidir, amma Milan” komandası və “Milan” klubu anlayışlarını fərq etmək sırf İQ məsələsidir. İntellekt düşünmə qabiliyyəti olmaqla yanaşı, təfəkkürün doğru-düzgün ifadəsi deməkdir. “İQ test “in aparicısının nitqi isə bir neçə baxımdan qüsurludur: - ifadə ediləcək fikrə uyğun dil vasitələrindən, sözlərdən məhrum olma və bunun nəticəsində yerli-yersiz əcnəbi kəlmələrdən yararlanma: “deməli, vsyo-taki var”, “xorom başlayaq”, “plyajda, yəni çimərlikdə”, “absolyut xit səsləndirəcəyik”, “nauqad deyirsiniz”, “öz sevgisini oblomkalarda axtaran”, “yanındakı podskazkaları gözləyir”, “geniş yayılmış otmazka”, “Nobelevskaya premiya”, “Qamlet”, “blindaj – çala deməkdir, yəni tranşeya” və s... “ İQ test”i diqqətlə izlədikdə problemin kökünü təkcə aparıcının ehtimalən rusdilli olmasında axtarmağın yanlış olduğu anlaşılır. Cünki o, “Hollivud”, “Hippokrat”, “Qordi düyünü” kimi kəlmələrin doğru-düzgün necə tələffüz edildiyini bilir. Problem, sadəcə fikrin doğru ifadəsində çətinliklər və eyni zamanda peşə tələblərinə etinasızlıqdadır ki, bunun özü də haradasa İQ məsləsidir; - səsləndirilən predmet haqda məlumat kasadlığı (bu mətndə kifayət qədər misal çəkilib); - diksiya qüsurları. Bu, ayrılıqda dil problemi kimi də araşdırıla bilər. Amma bir sıra hallarda sadəcə mövzudan xəbərsizlk əlamətidir. “Montevideo” və “Kambala” sözlərinin tələffüzü bunu düşünməyə əsas verir; - fikrin ifadə ardıcıllığının təmin edilməməsi, yarımçıq və məntiqsiz cümlələr. Məsələn, aparıcı Yuli Sezarın məşhur “Veni, vidi, vici” kəlamını iştirakçıya izah etməyə cəhd göstərir: “Gəldim, gördüm və getdim Zaqulbaya” (22 iyul); - doğru fikrin yanlış ifadə edilməsi. Məsələn, “Uran adlı qədim türk musiqi aləti var və həm də bu, planetin adıdır” (29 iyul) cümləsinə diqqət yetirək. Doğrusu, aparıcının planetə türk musiqi aləti adı verildiyini güman etdiyini düşünmürəm. Əgər belə olduğuna inansaydım, bu misalı yuxarıda göstərilən “Milan” futbol klubu misalının ardınca çəkərdim. Amma gəlin təsəvvür edək ki, bu sözləri aşağı sinif şagırdləri və yaxud hansısa azməlumatlı başqa bir vətəndaş dinləyir və onları mötəbər instansiyadan, özü “İQ test” kimi gurultulu adı olan mənbədən həqiqət kimi qəbul edir; - Nitqin aydınlığının təmin edilməməsi. Və elə bu səbəbdən də nəinki iştirakçı dinləyicilər, hətta verilişlərin audioyazısını dəfələrlə dinləməyə cəhd edən bu sətirlərin müəllifi belə bəzi sualları və fikirləri anlaya bilmir. Dəvəquşunun straus, çaqqalın şakal olmasına kim məsuldur? Azərbaycanın radio və televiziya efirində yaşanan bütün problemləri bir kənara qoyub bütün məsuliyyəti bir radioefirin, onun bir verilişinin və aparıcısının boynuna qoymaq cəhdindən uzağam. Ümumiyyətlə, Azərbaycana bilavasitə aydın olmayan mövzular üzrə xarici KİV və internet mənbələrinə kor-koranə istinad, doğruluğun və mənbələrin yoxlanılmaması, mövzuların mahiyyətinə varılmaması, materialların sadəcə kopyalanması halları Azərbaycan efir məkanında baş-alıb gedir. Bəzən efir jurnalistləri səsləndirdikləri və göstərdikləri süjetlərdən tam xəbərsizliklərini nümayiş etdirirlər. Bu, olduqca geniş və sistemli bir mövzudur. Sadəcə bir misal - bir neçə gün əvvəl “Xəzər TV”nin gecə buraxılışında bir xanım jurnalıstın “Nikola Sarkozi” (adını düzgün deməməklə yanaşı “Sarkozi”ni “o” səsinə vurğu ilə) və “İngiltərə” (birinci “ə” səsinə vurğu ilə) sözlərini düzgün tələffüz etməməsi qətiyyən təkcə dil problemi kimi nəzərdən keçirilə bilməz. Bu, beynəlxalq münasibətlər mövzusunda telesüjet hazırlamaq tapşırığı almış jurnalistin hazırladığı mövzudan tam məlumatsızlığının, bu haqda sanki indiyədək heç bir mənbədən məlumat almadığının göstəricisidir, həmin süjeti dinləyən, onu efirə buraxan redaktorların peşəkarlıq problemidir. Şübhəsiz ki, göstərilən problemlərin bir sıra obyektiv və subyektiv səbəblərdən qısa zaman ərzində həlli yoxdur. Amma ələlxüsus efir redaktorları təkcə məlumatlandırmaq deyil, eləcə də kütləvi savadlılıq, mədəniyyət, zövq formalaşdırılması sahəsində ən ümdə vəzivələri və bundan irəli gələn məsuliyyətlərinə dair daha diqqətli olmalıdırlar. Ümumtəhsil sahəsinin bugünkü acınacaqlı səviyyəsi fonunda kütləvi informasiya vasitələrinin kütlələrə ötürdüyü yanlış, qeyri-dəqiq infomasiya axını zahirən göründüyündən daha ağır və dərin nəticələrə gətirib çıxarır. Bu yazını hazırlayarkən keçirdiyimiz ekspress-sorğu nəticəsində 50 respondentdən 6-sı (12 faiz) Uruqvayın paytaxtının Montevideo olduğunu bilirdi. “İQ test”i dinləyənlərin, yəqin ki, hamısı bunu artıq bilir. Amma təəssüf ki, yanlış tələffüzlə... Məhəmməd SƏLİMOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar