Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: 2011-ci ilin ilk günü İran prezidenti Mahmud Əhmədinejad gözlənilməz kadr dəyişikliyi edib. Bu ölkə vətəndaşları və müəyyən mənada beynəlxalq ictimaiyyət üçün gözəlnilməz sayılsa da, İslam Respublikasında baş verənləri diqqətlə izləyən mütəxəssislər bu hadisənin baş verəcəyini öncədən ehtimal edirdilər.
İran prezidentinin mədəniyyət və mətbuat üzrə artıq keçmiş müşaviri Mehdi Kalhor 14 müşvirin, o cümlədən özünün tutduğu vəzifədən azad edildikləri faktını təsdiqləyib.
Kalhor deyib ki, vəzifədən azad edilmələrinin səbəbi açıqlanmasa da, prezident tərəfindən «təşəkkür» məktubu da alıblar.Müşavirlər hələlik bu məsələyə münasibət bildirməyiblər.
Xatırladaq ki, keçmiş xarici işlər naziri Mənuçehr Müttəkiyə də Mahmud Əhmədiejad təşəkkür məktubu təqdim etmişdi.
O, prezident Mahmud Əhmədinejadın İstanbulda irəli sürdüyü iddiaya kəskin etiraz bildirmişdi.Dekabrın 23-də Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan Əhmədinejad jurnalistlərdən birinin “Müttəkini ezamiyyətdə olduğu vaxtda nədən istefaya göndərmisiniz” sualını belə cavablandırmışdı: «Rəhbər vəzifələrdəki dəyişikliklər təbii haldır. Mən cənab Müttəki ilə Seneqala səfərindən əvvəl istefa məsələsini danışmışdım. Bu, kiçik məsələdir. Xarici işlər nazirinin əsas iş yeri təyyarədə, səfərdə və yollardadır. Ona görə də bu məsələni ciddi qəbul etməyə ehtiyac yoxdur».
Müttəki isə ezamiyyət olduğu halda istefaya göndərilməsinə belə münasibət bildirmişdi: «Xarici səfərdə ola-ola istefaya göndərilməyim siyasi və diplomatik etiketlərə zidd, təhqiramiz bir addımdır. İşdən çıxarıldığımı danışıqlar apararkən Seneqal rəsmilərindən eşitmişəm. Prezident mənim səfərimin 4 gün çəkəcəyini, azı iki ölkədə görüş keçirəcəyimi əvvəlcədən bilirdi. Bu qeyri-etik hərəkətləri dayandırın. Bu davranış tərzi nə sistemimizə başucalığı gətirir, nə də onun rəhbərlərinə, nə də əziz İran xalqının mədəniyyətinə uyğundur».
«Onun vəzifəsindən azad ediləcəyindən xəbərsiz olduğu haqda verdiyi şərhlər doğru deyil»-deyən, İran prezidenti söyləyib ki, Müttəki İran hökumətinin sevdiyi hörmətli adamdır. Əhmədinejad bu məsələdə problemin olduğunu zənn etmədiyini demişdi.
Ümumiyyətlə, keçmiş nazirin işdən azad ediləcəyi əvvəlcədən parlametlə prezident arasında ziddəyyətdə də özünü göstərirdi.
Bir müddət öncə İslam Respublikası parlamentinin sədri Əli Laricani prezident Mahmud Əhmədinijatı ölkənin ali qanunverici orqanı qarşısında hesabat verməməkdə, başqa sözlə bu quruma sayğısızılq göstərməkdə suçlamışdı. Onun ardınca İranın ali rəhbərini (indiki halda ayətulla Xamneyinin tutduğu vəzifə) müəyyənləşdirən bir qurumun, dini ekspertlər şurasının sədri, keçmiş prezident Haşimi Rəfsəncani siyasi məhbusların ailə üzvləri ilə görüşdə icra qurumlarına onların yaxınlarının probleminin həlli istiqamətində rahatsızlıqlarına yardım etməkdə gücsüzlüyünü dolayı yolla boyununa alması və s. rejimiçi problemlərin ciddiliyini təsdiqləyib.
Məclisinin 170 üzvü M.Əhmədinijata etiraz müraciətində bildirilmişdi ki, hökumət başçısı Nyu-Yorka son səfəri zamanı yerli jurnalistlərlə görüşdə icra hakimiyyətinin ölkədə ən yüksək dövlət orqanı olduğunu deməsi gerçəkliyi əks etdirmir. Əhmədinejadın sözlərinə görə, parlamentin «ən ali dövlət qurumu sayılması dövrü» artıq geridə qalıb : «Hazırda önəm baxımından dövlətin birinci qurumu icraedici hakimiyyətdir».
Deputatlar müraicətlərində Əhmədinijatı ölkə Ana Yasasını təhrif etməkdə, ayətulla Xomeyniyə, eləcə də İranın hazırkı ali rəhbəri ayətulla Xamneyiyə qarşı çıxışda suçlayıblar.
Etiraz bəyanatında daha sonra bildirilib: “Xalqın ölkə prezidentindən və başqa rəsmilərdən gözlədiyi odur ki, onlar ayrı-ayrı orqanların işinə qarışmaqdansa, ölkənin əsas problemləri olan işsiz gənclərin işlə təmin edilməsi, inflyasiya və bahalığın qarşısının alınması, əmtəə qaçaqmalçılığının aradan qaldırılması, daxili istehsala dəstək verilməsi, ictimai və iqtisadi fəsadların önlənməsi ilə məşğul olsunlar”.
Bu baxımdan yola saldığımızı ilin sonunu İslam Respublikası üçün qalmaqlallı saylı bilər. Parlamentin üzvü, Mahmud Əhmədinejad hökumətinə müxaliflərdən biri Əli Mütəhhəri jurnalistlərə açıqlamasında prezidentin parlamentdə impiçment edilməsi üçün 50-dən çox imza toplandığını bildirmişdi.
Əli Mütəhhəri açıqlamasında demişdi: «Prezidenti parlamentə çağırıb ondan izahat tələb etmək üçün toplanan imzalar artıq yetərli həddə çatıb. 50-dən çox imza toplanıb. Bu isə prezidenti dindirmək üçün kifayətdir».
Mənuçehr Müttəki 2005-ci ilin avqustunda, M.Əhmədinejad ilk dəfə prezident olanda xarici işlər naziri postunu tutdu. Onun istefaya getməsi haqda məlumatlar bir ilə yaxın idi yayılırdı. Bir müdət öncə, belə bir xəbər yayılmışdı ki, deputatlar Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazıdır. Onların qənaətincə, bu qurum İranın atom-nüvə proqramına dair Qərblə danışıqlarda İslam Respublikasının mövqeyini layiqincə müdafiə edə bilməyib : «Onun səmərəsiz fəaliyyəti ucbatından İran yeni beynəlxalq sanksiyalara məruz qalıb».
Qeyri-rəsmi xəbərlərə əsasən o da bildirilirdi ki, İran XİN-in başçısı ölkə parlamenti tərəfindən ciddi himayə olunur. M.Əhmədinejadla ölkənin məclisi arasında münasibət heç də qaydasında deyil. Yerli müşahidəçilərin fikrincə, məclisi saymadığı kimi prezident xarici işlər naziri ilə də hesbalaşmır. Əhmədinejadın «təyin etdiyi xüsusi elçilər» xarici siyasət kursunu bu sahəyə cavabdeh olan xarici işlər naziri ilə məsləhətləşmədən icar edir. M.Müttəki isə belə davranışı özünə qarşı «təhqir hesab sayı»rdı.
Belə bir xəbərlərdən parlamenti qıcıqlanır, bəyan edirdi ki, Müttəkinin istefaya göndərilməsi «cəzası qalmayacaq». Ötən il də onun istefaya göndəriləcəyi haqda fikrilər səsləndirilidi. Onda nazir məsələyə çox soyuqqanlı yanaşdı və bildirdi ki, prezidentin mövqeyinə hörmət edir. Bəzi təhlilçilərə görə, M.Mənuçehrin başına gələnlər onun müavininin «erməni soyqırım»ifadəsini işlətməsi ilə bağlıdır.
İran-Aəzrbaycan parlamentlərarası deputat qrupunun üzvü, Parsabaddan olan deputat Vəkil Sepeh Müttəkinin tutuduğu vəzifdən azad eliməsinə münasibət bildirərnkən demişdi: «İran qanunlarına əsasən, prezident istnəilən naziri tutduğu vəzifdən azad edə bilər. Bu zaman ona heç kim əngəl ola bilməz».
Bununla belə V.Sepeh bu sayaq işdən azadetmə ilə razılaşmadığını, bildirib : «Belə formada işdən azad olunma isə şəxsiyyətin təhqir olunması demək deyil. İstnəilən vəzifəli xəbərdarlıq edilmədən tutuduğu vəzifədən azad edilə bilər».
İsfahandan olan deputat Məhəmmədtağı Rəhbər isə ölkə prezidentinin bu addımını «qeyri-etik» adlandırmışdı : «Dünya bizə gülür. İndi hamı deyəcək ki, İranda sabitlik yoxdur. Bütün bunlar bizim islam qaynunlarından uzaqlaşmağımızdan irəli gəlir».
Parlamentlə prezident arasında «ziddiyyətə» aid başqa bir örnək bildirilmişdi ki, İslam Respublikasının məclisi ölkə prezidenti Mahmud Əhmədinejad Mərkəzi Bankı Baş Assambleyasının sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul edib. Həmin qanuna əsasən Əhmədinejad bu maliyyə qurumuna sədr təyin etmək hüququndan da məhrum olunub. Yeni qanuna görə, iqtisadiyyat naziri, İransayağı dövlət Plan komitəsinin başçısı, ticarət naziri, ticarət palatasının başçısı, baş prokuror və «yeddi iqtisadçı» assambleyanın üzvülüyündə qalıb.
Bunu hökumətin iqtisadi siyasətinə qarşı parlamentin qələbəsi kimi dəyərləndirənlər də var idi. Belə düşünənlərə görə, yeni qanun pul siyasətini prezidenti təzyiqindən qurtataraq, onun müstəqilliyini təmin edəcək.
Qeyd etdiyimiz kimi hazırda qanunverici orqanla icraedici qurum arasında müəyyən qarşıdurma mövcuddur. Ötən ay parlament prezidenti Ana Yasaya əməl etməyə çağıran bəyanat vermişdi. Bu həm də mövcud siyasi, sosial, iqtisadi vəziyyətin ağırlığını, hakimiyyətin qolları arasında gərginliyin olduğunu da üzə çıxarır.
Hakimiyyətiçi qüvvələrin mübarizəsi keçmiş prezident, məsləhət və dini ekspertlər şuralarının sədri Ələkbər Haşimi-Rəfsənacani oğlu Mehdi Haşimiyə qarşı hökmün qüvvədə qalmasında da özünü göstərib.
Bir neçə ay öncə ETTELAAT naziri Heydər Moslehi Mehdi Haşiminin ölkəyə qaytarılması üçün iş aparıldığını bildirmişdi.
Jurnalistlərin «Siz Mehdi Haşimini İnterpolun yardımı ilə tutub, ölkəyə qaytarmaq istiqamətində hansı tədbir görmüsünüz» sualını o, belə cavablandırmışdı: «Onu tutub ölkəyə qaytarmaq üçün İnterpola müraciət etməyə ehtiyac yoxdur. Bu məsələnin həlli üçün başqa cür iş aparılır».
2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad «Haşimi- Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə» günahlandırmışdı.
Prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq aksiyalar keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulub, az sonra ölkəni tərk edərək, Böyük Britaniyaya, oradan da Livana getdiyi barədə xəbərlər yayılmışdı.Bu günə qədər o,İrana qayıtmayıb. Mehdi Haşiminin hazırda Böyük Britaniyada olduğu haqda da xəbrələr var.
Mehdi Haşimi İranın baş prokuroru Qulamhüseyn Möhsüni- Ejeiyə açıq məktub yazaraq, ölkəyə qayıdıb mühakimə olunmağa hazır olduğunu bəyan edib.
Həmin məktubda keçmiş prezidenti oğlu bildirib ki, müstəqil və ədalətli bir məhkəmə keçirilməsi, ETTELAAT-ın prosesə müdaxilə etməyəcəyinə təminat verilməsi şərti ilə ölkəyə qayıdıb, mühakimə olunmağa hazırdır: “Nə vaxt lazım bilsəniz, vəkillərimin vasitəsi ilə qanuni çağırış forması təqdim edildikdən sonra gəlib mühakimə olunmağa hazıram. Əminəm ki, ədalətli bir məhkəmə mənə bəraət qazandıracaq və mənə böhtan atanlar biabır olacaq.
Siz bilirsiniz ki, ölkənin bir sıra rəsmiləri mənimlə əməkdaşlıqda günahlandırılaraq zindana salınıb. İstintaqda isə onlardan təzyiqlər altında yalançı etiraflar alınıb. Hökumət qəzetləri mənə qarşı təxribat xarakterli qərəzli yazılar verir, mənim və vəkillərimin mövqeyini dərc etməkdən imtina edirlər. Sizdən xahişim budur ki, mənə qarşı aparılan bu şantajların qarşısını alaraq ədalətli, müstəqil, azad və qanuni bir məhkəmənin keçirilməsinə şərait yaradasınız”.
Bir neçə ay öncə Mehdi Haşimi bildirmişdi ki, hakimiyyət ona və ailəsinə qarşı təzyiqləri dayandırmasa, hakimiyyətin pərdəarxası oyunlarını açıqlayacaq.
Yola saldığımız həftə isə məhkəmə sisteminin sədri ayətulla Sadiq Laricani onun həbsi haqda sanksiya verib. İslam Respublikasının Neft Şirkətində mühüm vəzifələr tutumuş Mehdi Haşimi «Britaniyanın xeyirinə casusluq etməkdə və kütləvi ixtişaşların təşkilində» suçlanır.
Onu da qeyd etmək yerinə düşər ki, Rəfsəncanin qızı Faizə Haşimi də dəfələrlə ixtişaşların təşkilində günahlandırılıb.
Haşimilər ailəsinə basqılar bununla bitmir. Bir nneçə ay öncə keçmiş prezidentin 23 yaşlı nəvəsi Həsən Lahuti də həsb olunmuşdu. Londonda təhsil alan Lahuti İrana qayıdarkən Tehran aeroportunda tutularaq bir sutka saxlanmış,73 min dollar mülk girovu qarşılığında azadlığa buraxılmışdı.
Tehran prokurorluğu Lahutiyə qarşı irəli sürülən rəsmi ittiham barədə açıqlama verməsə də, onun bir sıra təhlükəsizlik məsələləri ilə əlaqədar məsuliyyətə cəlb olunduğunu bildirmişdi. Bəzi islahatçı mənbələr Lahutinin İranın ali rəhbəriayətulla Xamneyini tənqid etdiyinə görə saxlandığını bildirirdilər. Həsən Lahuti Faizə Haşiminin oğludur.
Baş verənlərə isə Haşimi-Rəfsəncani son zamanlar açıqlama verməsə də, bir müddət öncə o, rəsmiləri müxalifətlə daha ədalətli davranmağa çağırmışdı : «Rəsmilər ölkədəki çatışmazlıqlardan danışanlar və ədalətli tənqidi fikrilər söyləyənlərlə daha sivill davranılmalı, bu nöqsanlardan nəicə çıxırmaq üçün sərbəst danışmağa şərait yaratmalıdırlar». O, ölkənin indiki durumunu son dərəcə böhranlı sayaraq, xalqın vəziyyətdən narahat olduğunu vurğulayıb : «İslam Respublikası xalqla yanaşı və çiyin-çiyinə hərəkət etdiyi təqdirdə uğur qazana bilər. Xalqın dəstəyindən məhrum olan sistem ziyan görəcək».
Çıxışlarında Rəfsəncani xalqın rəy və iradəsinə önəm verilməsinin zəruri olduğunu vurğulayaraq, demişdi: “İşlərin xalqa tapşırılması hökumətlərin idarəçilikdə üzləşdiyi problemlərin həllinə yardım göstərə bilər. İctimai bazası olmayan, xalqa söykənməyən hakimiyyət qala bilməz. Siyasi sistemin təminatı yalnız azad seçkidən qalib kimi çıxmış siyasi qüvvə ola bilər”.
30 ilə yaxındır ki, İrandakı siyasi qüvvələr hakimiyyəti tənqid edərək, bildirir: «Biz hara gedirik? Xalqa qulluqçu olacağımızla bağlı verdiyimiz vədi, görünür, unutmuşuq. Lakin indi Allahlıq edirik, Allahın yerində oturmuşuq, öz davranışımızdan xəbərsiz olduğumuz halda başqalarının əxlaqı barədə hökm veririk. Görəsən, sistemin möhkəm bünövrəsini ağ qarışqa təki yeyib, onu zəiflədən bu dağıdıcı cərəyanın qarşısını almaq məsuliyyəti kimin, yaxud kimlərin üzərinə düşür?»
«mashreghnews»-un məlumatına əsasən, Əhmədinejad hökumət aparatını ixtisar etmək məqsədi ilə 14 müşaviri istefaya göndərib.
«İxtisar» məsələsi heç də başlıca səbəb sayılmır. Bir müddət öncə M.Əhmədinejad Fərəhnaz Türküstanini gənclər təşkilatı ilə iş üzrə prezident müavini təyin etmişdi. F.Türküstani bu vəzifədən imttina edərək, «bu vəzifəyə hazır olmadığını» səbəb göstərmişdi. Hazırda o, tələbələrlə iş üzrə səhiyyə nazirinin müavinidir. Ona qədər bu vəzifəni Mehrdad Bazrpaş tutub. Əhmədinejad onu ictimaiyyətlə ələqələr üzrə müşaviri təyin edib.
Beləliklə, bu yerdəyişmələr, qəfil istefaya göndərmələr əslində İran İslam Respublikasını idarə edən rejimin səbatsızlığının və kadrlara inamın azaldığının göstəricilərindən sayıla bilər. Düzdür, Mahmud Əhmədinejad ölkdə ali rəhbər ayətulla Xamneyidən sonra ikinci şəs sayılır. Ancaq əsa hakimiyyət ali rəhbərin əlində və ona bağlı idarə etmə institutlarda cəmlənib. Belə olan halda kadr dəyişikliyi və istefaların ayətulla Xamneyi ilə razılaşdırıldığını güman emək olar. Nəzərə almaq lazımdır ki, ali rəhbərin sağılığında problem olduğunudan hakimiyyətdaxili məsələlərə nadir hallarda müdaxilə edir. M.Müttəkinin tutuduğu vəzifədən azad edilməsində yaranmış anlaşışlmazlığa o, hələ münasibət bildirməyib. Belə olan halda başqa ehtimalın da üzə çıxmasına şərait yaranır. Hələ bir il öncə ayətula Xamneyinin sağılığı ilə bağlı xəbərə yayılanda onun yerinə oğlu Müctəbanın hazırlandığını deyirdilər. O zaman ölkəni Əhmədinejadın deyil, məhz Müctəbanın idarə etdiyini söyləyirdilər. Onda belə çıxır ki, İran prezidenti ayətulla Xamneyinin oğlu ilə birlikdə hakimiyyətdə kadrları müəyyənləşdirirlər.
Başqa bir ehtimala görə İranda İslam İnqilabı Keşikçiləri Qvardiyasının («sipah») diktaturası yaradılır. Bir aydan sonra İran İslam Respublikasının yaranmasının 32-ci ildönümü qeyd ediləcək. Ötən bu illər ərzində ayətulla Xomeyninin sağılığında onun adına diktatura quruldu. O, vəfat etdikdən sonra ölkədə bir müddət siyasi-ideoloji xəttin diktutarsı yarandı. Ayətulla Xamneyinin hakimiyyəti illərində avtoritar reimin yaranmasına cəhd uğursuzluğa uğradı. Onu dövründə siyasi-ideoloji-hərbi diktatura yarandı. Keçmiş prezident Məhəmmdə Xatəmi siyasi-ideoloji diktaturanı yaratmağa cəhd göstərsə də alınmadı. Mahmud Əhmədinejad isə hakimiyyətinin ilk illərində ideoloji-hərbi diktaturanın yaradılmasına nail oldu. 2009-cu ildən bəri İranı qvardiyaçıların başçılığı ilə elan olunmamış hərbi diktatura idarə etməkdədir. Onu da vurğulamaq yerinə düşər ki, Əhmədinejadacan prezidentlər əsasən ruhaniləri təbəqəsini təmsil edirdi. İndiki prezident isə qvardiyaçıların nümayəndəsidir. İslam Respublikasının mövcudluğunun başlıca təminatiçısı isə İnqilab Keşikçiləri Qvardiyasıdır. Dövlətin hərbi sənaye kompleksindən tutmuş, atom-nüvə proqramınacan, kənd təsərrüfatından gündəlik tələbat mallarına, neft sənayesindən benzin satışına, məktəbələr, ali təhsil müəssisələrinə, bir sözlə bütün sahələr qvardiyanın nəzarəti altındadır.
Yada salaq ki, ölkə miqyasında əhali arasında «ərteş» adlı şahdanqalma hərbi quruluş daha elit sayılırdı. Qvardiya tərəfindən ötən illər ərzində bu sturktur dağıldı. Bununla da hərb sahədə qvardiyaının təkhakimiyyətliyi quruludu.
İndiki halda isə Tehran hakimiyyətinə beynəlxalq basqılar güclənməkdədir. Bu həm də mövcud sistemin dəyişməsi ilə nəticələnə bilər. Odur ki, İslam Respublikasının ağır durumunda onun ən etibarlı təbəqəsi – qvardiyaçılar üzə çıxaraq, rejimin qalmasında, yaxud onun islah edilməsiində məsuliyyəti üzərlərinə götürürlər.. Bu isə İranı «islam» adı altında hərbi diktaturanın, qvardiyaçıların idarə etdiyini söyləməyə əsas verir. Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib