Tramp üçün Ankara tam hazırlıq vəziyyətinə gətirilir
17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir
İsraildən Tehrana sərt xəbərdarlıq: “Zərbə vuracağıq”
İsrail Livandan çıxmaq üçün şərt qoydu
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Albaniya İran tərəfdarı olan din xadiminin ölkəyə girişini qadağan etdi
Furuğ Əsədpur: Güney Azərbaycanda milli ayrı-seçkilik inkar edilə bilməz (Video)
Hörmüz boğazında yük gəmisinə raket zərbəsi endirildi
Ərəb ölkələri İranın raket proqramına qarşı mövqe ortaya qoydu
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Qeyri-fars qadn fəallar Avropa Parlamentində olublar
İranda pivə və arağın qiyməti kəskin artıb
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
1 ayda İranda edam edilən məhkumların sayı açıqlandı
Kanadanın təhlükəsizlik qurumları İranlı doktorantı milli təhlükəsizlik üçün təhdid hesab edir
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
İranda iraqlı siyasi məhbus öldürülüb
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Türkiyə Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin daxili təsdiq prosesini tamamlayıb
Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq
Ərşad Salehi: TDT-də xaricdə yaşayan türklərin təmsilçiliyi üçün nümayəndəlik yaradılsın
Reuters: İran müharibəsinin yaratdığı neft itkiləri İraqı OPEC-də daha yüksək kvota tələb etməyə sövq edir
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
Avstraliyada yəhudi mərkzlərinə hücumlara SEPAH rəhbərlik edib - Burqes
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Əhərdə Saleh Mollaabbasinin dəfn mərasimi keçirilib
Əhvazdakı siyasi məhbuslar ağır şəraitdə saxlanılır
ABŞ konqresmeni: İran Livan-İsrail danışıqlarına qarışmamalıdır
Tramp administrasiyası İranın nüvə materiallarının utilizasiyası üçün 672 milyon dollar istəyib
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Rusiya İran və ABŞ arasında imzalanan anlaşmaya reaksiya verdi
İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayır
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Tramp: İran danışıqlarda böyük güzəştlərə gedir
Brent neftinin qiyməti 75 dolların altına düşdü
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İranda saxlanılan dörd ukraynalı dənizçi azad edilib
ABŞ: İŞİD-in yüksək rütbəli lideri öldürülüb
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib
GünAzTv mətbuat mərkəzi DAK həmsədri, GünAzTv başqanı Əhməd bəy Obalının “Yeni musavat”a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:
Qarabağ məsələsi ilə bağlı baş verən proseslər bir daha sübut etdi ki, Azərbaycan bu haqq davasında yalnız özünə güvənməli, 50 milyonluq böyük bir toplumun hər bir nümayəndəsi torpaqlarımızın işğaldan azad olunmasında əlindən gələni etməlidir. Ancaq təəssüf ki, Azərbaycan diasporu bu həqiqəti qəbul edib vahid mərkəzdə birləşmək əvəzinə parçalanmış haldadır, özü də qarşılıqlı ittihamları davam etdirirlər. Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı parçalanmış qurumların qurultayları ərəfəsində mətbuatda yer alan qarşılıqlı ittihamlar hələ də davam edir. Bu məsələlərlə bağlı ABŞ-da (Amerika Birləşmiş Ştatları) yaşayan DAK həmsədri, Çikaqodan dünyaya peyklə yayımlanan GünAz.TV-nin rəhbəri Əhməd Obalı ilə danışdıq.
- Əhməd bəy, bu gün DAK-ların birləşməsinə mane olan nədir? Bəzən iddia olunduğu kimi, ortada pul söhbəti var, vəzifə səlahiyyətlərinin bölüşdürülməsində razılığa gələ bilmirsiniz, yoxsa başqa məsələ var?
- Birləşmə müzakirələrində üç əsas prinsip üstündə anlaşmışdıq. Birincisi, DAK-ın müstəqil olmasını, heç bir dövlətə bağlı olmadan fəaliyyət göstərməsini istədik. İkincisi, DAK-ın Bakıda yox, xaricdə, diaspor arasında fəaliyyət göstərməsini zəruri saydıq. Üçüncüsü, DAK-ın adından istifadə edib Azərbaycanda siyasi divident qazanmağın, yaxud maliyyə imkanı əldə etməyin yolverilməzliyini demişdik. Biz bu üç prinsipdə anlaşdıq və Sabir Rüstəmxanlı o DAK-ın, mən də bu DAK-ın tərəfində olmaqla razılaşma imzaladıq. Bu razılaşmanın üstündən bir həftə keçməmiş sanki o biri tərəfə göstəriş gəldi ki, bu birləşməyə getməyin. Nəhayət, bu birlik baş tutmadı. O zaman o biri DAK-ın rəhbəri Səbri Təbrizi də ayrılıb bizim təşkilata gəldi və birlik qurultayı keçirdik. Orda isə Sabir Rüstəmxanlı başda olmaqla bir neçə nəfər qaldı və onlar fəaliyyəti davam etdirməyə çalışdı. DAK-ın parçalanmasının səbəbləri hazırda da müəyyən qədər qalır. Biz üç prinsip ortaya qoymuşduq ki, onlardan biri də pul məsələsidir. Yəni DAK-ın adı ilə Azərbaycanda iş görülüb, pul qazanılıbsa, bu, bizim tərəfdən olmayıb. Bizim DAK-da maliyyə məsələsi fərdi qaydada həyata keçirilib. Buna da qurultaylar keçirilən zaman ehtiyac olub. Eşidirik ki, o biri təşkilat Azərbaycan dövlətindən bir neçə dəfə yardım alıb. O yardımın üstündə aralarında söz-söhbət olub. Yardımı bölüşə bilməyiblər, ya nə olub, bunu artıq özləri bilir. Amma öz aralarındakı söhbətdən bəlli olur ki, pul məsələsində həmişə problemləri çıxıb. Azərbaycanda bəzi şəxslər DAK-a üzv olmaq, ya vəzifə tutmaqla yəqin siyasi divident qazanmaq istəyib. Onlar həmişə DAK-ın birləşməsinə müxalif olub. Son zamanlar təəssüf ki, mətbuatda Sabir Rüstəmxanlının bəzi ittihamları çap olunub. Sabir bəy keçmiş rəhbərinə, yəni Səbri Təbriziyə “İranın adamı” deyərək ittiham edib. Bu, çox təəssüf doğurur. Bir millət vəkilinin azı iki əsas vəzifəsi olmalıdır: birincisi, millətin vəkili olduğu üçün millətin hüququnu qorumaq, ikincisi, Milli Məclisdə qanunlar yazmaqdır. Belə bir şəxs ən azı millətin hüququnu özü pozmamalı, ikincisi də özü qanunla işləməlidir. Hansı qanunda deyilib ki, istəmədiyin adama başqa dövlətin adamı kimi böhtan atasan? Məncə, bu, Azərbaycan dövlətinin, Milli Məclisin və Azərbaycan siyasətinin adına yaraşmır. Mən istəmirəm Sabir bəyə hər hansı bir böhtan atam. Sadəcə onun bu sözləri DAK-ın birləşməsinə mane ola bilməyəcək. O, yalnız özünün nə qədər ağır vəziyyətdə olduğunu göstərir. Eşitdiyimizə görə, hətta Sabir bəy bu dəfə DAK-da həmsədr seçilmədiyi üçün oradan küsüb gedirmiş. Hətta deyirmiş ki, mən həmsədr seçilmədim, Bakıda biabır olacağam. DAK dağılırmış, sonda həmsədr olan o biri iki nəfər - Behruz Həqqi ilə Mirəşrəf bəy Fətiyev geri çəkiliblər ki, bunlar həmsədr olsun, onların DAK-ı dağılmasın. Məsələləri bu səviyyəyə gətirib çatdırmaq həm azərbaycançılıqdan uzaqdır, həm də bir millət vəkilinə, tanınmış bir şairə belə bir vəzifə o qədər də vacib deyil ki, verilməsə, küsüb getsin. İkincisi, səhv etmirəmsə, Sabir bəyin partiyasının adı Vətəndaş Həmrəyliyi Partiyasıdır. Yaxşı, bu adda partiyanın rəhbəri həmrəyliyi nədə görür? Adamlara böhtan atmaqla həmrəylik yaratmaq olarsa, onda hamı bir-birinə böhtan atsın, həmrəy olaq.
- Bu qarşılıqlı ittihamlar sonsuza qədər davam edə bilər. Xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hesab eləmirsinizmi ki, bu ittihamlara birdəfəlik son vermək lazımdır? Bəlkə nəhayət ki, Azərbaycan davası aparmaq əvəzinə, bir-biri ilə davaya enerjinizi sərf etməkdənsə oturub çıxış yolu axtarasınız. Öz tərəfinizdən belə bir cəhd olubmu?
- Əlbəttə. Keçmişdə də danışmışıq. Azərbaycanın da qanunları var, Avropanın da. Görəsən, sevmədiyin bir nəfərə “İranın adamı”, yaxud “onun-bunun adamı” deyənlər qanun qarşısında cavab verə biləcəkmi? Hər halda Səbri Təbrizi Avropa vətəndaşıdır. Bəlkə Sabir Rüstəmxanlı Azərbaycanda bunun qarşısını ala bilər. Amma Avropada bu ittihamı sübut etmək məcburi ola bilər. O zaman ya gərək üzr istəyə, ya həbsə gedə, ya da Avropaya heç vaxt gedə bilməyə. İstəmirik məsələ ora qədər gəlib çatsın. Odur ki, sizin sözünüzə qatılıram. İttihamlarla iş qazanılmaz. Barışıqla uğura nail olmaq mümkündür. Şəxslər gəlib-gedəndir, əsas məsələ ortaya prinsipial mövqe qoymaqdır. Ona görə də biz prinsiplərin bir daha ortaya qoyulmasının tərəfdarıyıq. Mən hələ ki, vəziyyəti müşahidə edirəm və bir çox məsələləri açıqlamıram. Gözləyirəm ki, bu məsələdə ortaq bir məxrəcə gələk. Xahiş edirəm ki, bu sözüm təhdid kimi qəbul olunmasın. Ancaq bəziləri ittihamları davam etdirəcəyi təqdirdə çox ciddi məsələləri açıqlamaq məcburiyyətində qalacağam. Məncə, hər kəs ki DAK-ın birliyinin tərəfdarı olursa, o, birlik qurultayında mütləq millət tərəfindən dəstəklənəcək. Ancaq ayrı ambisiyalarla çıxış edənlər millətin dəstəyini qazana bilməyəcək. DAK-ın birliyini istəməyən adamlar millətin səsindən qorxur. Göstərişlə DAK-a girənlər və şəxsi ambisiyalarla məşğul olanlar nə olursa-olsun birləşməyə müxalif olacaq. Bu səbəbdən onlarla danışmağın ziyanı olmasa da xeyrini də görə bilmirik. Əminəm ki, DAK-ın hər iki qolunda birliyi istəyənlərin sayı çoxdur. Ara qatanlar ortalığı həddən artıq qarışdıra bilsə, bəlkə bu işin müsbət sonluğuna mane ola biləcəklər. Amma inanıram ki, bu dəfə onlar da mane ola bilməyəcək. Artıq hər iki tərəfin işində prinsipial danışıqlar başlanıb.
- Yəni birləşmə gözləniləndir?
- Görünən odur ki, bəli, gözləniləndir. Əgər dediyim kimi, “yuxarı”dan göstəriş olmasa, bu iş baş tutacaq və daş atanlar məqsədlərinə çata bilməyəcək. Mən sizin qəzet vasitəsilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə müraciət edirəm ki, DAK-ın parçalanmış vəziyyətdə qalmasına bundan artıq cəhd göstərməsinlər. Bu, Azərbaycan dövlətinə də bir ləkədir. DAK-ın parçalanmasının Azərbaycan dövlətinin adına bağlanması dövlətin xeyrinə deyil. Azərbaycan dövlətinin xaricdə nümayəndələri, çox gözəl diplomatları var. Onlar dövlətin sözünü bizdən də yaxşı deyə bilər. Dövlət Komitəsi icazə versin, biz müstəqil təşkilat olaraq Azərbaycanın Güneyinin də, Quzeyinin də sözünü dövlətin deyə bilmədiyi yerlərdə deyə bilək.
- Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, DAK-ın indiki şəkildə, yəni parçalanmış halda fəaliyyəti daha yaxşıdır. Bu fikirlə razılaşmaq olarmı?
- Nazim İbrahimovun mövqeyi Azərbaycan dövlətinin mövqeyi demək deyil. Bu, yalnız İbrahimovun şəxsi mövqeyidir. Azərbaycan dövlətinin ayrı-ayrı rəsmiləri ilə söhbətlərimiz olub, onlar həmişə DAK-ın birliyini istəyib. Diaspor məsələsi Nazim İbrahimovun əlinin altında olduğu üçün belə mövqe sərgiləyir. Ancaq biz bu mövqeni dövlətin adına yazmırıq. Azərbaycan dövlətini və dövlətçiliyini qorumaq hamımızın milli və vətəndaş vəzifəmizdir.
- Belə çıxmırmı ki, hansı DAK-ın əsas olması uğrunda mübarizə Qarabağ, Güney Azərbaycan kimi ümummilli davamızı arxa plana keçirib?
- Bizim tərəfdən - yox. Bu tərəfdə ad uğrunda mübarizə heç vaxt çox böyük önəm daşımayıb. Sadəcə adama bir az utandırıcı gəlir ki, DAK deyilən kimi “o DAK, yoxsa bu DAK” sualı çıxır. Bu, qeyri-ciddi rəy yaradır. Biz hətta bir zaman fərqli olması üçün DAK-ın adını Demokratik DAK da qoyduq. Amma birləşəndən sonra əvvəlki adına qayıtdıq. Çünki DAK elə bizim qolun adı ilə qeydiyyatdan keçmişdi. Biz güneyli soydaşlarımızın, siyasi məhbusların müdafiəsi, Qarabağ məsələsi ilə bağlı çoxsaylı tədbirlər keçirmişik. Heç vaxt ad üstündə mübarizəyə önəm verməmişik, o biri DAK-ın da yox olduğunu deməmişik. Həqiqət budur ki, iki qrup var, eyni adla fəaliyyət göstərir, bunu heç kəs dana bilməz. Nazim İbrahimovun komitəsinin dəfələrlə o biri DAK-ı dəstəklədiyi hamıya aydındır. Bu da təəssüf doğurur. Çünki bir dövlət diasporun parçalanmasında rol oynaya bilməz. Bu, nə millətin, nə də dövlətin xeyrinə deyil. Bir dövlət rəsmisinin parçalanmış bir təşkilat haqda açıq-aydın “parçalansın, belə qalsın, bu, daha yaxşıdır” deməsi təəssüf doğurur. Bunu oxuyanda çox təəssüf etdim ki, bu, necə dövlət komitəsi rəhbəridir ki, deyir bir təşkilatın parçalanmış qalması daha yaxşıdır. Ona da təəssüf edirəm ki, dövlət səviyyəsində İbrahimova bu haqda yenidən göstəriş verilməyib ki, ən azı belə sözləri dilinə gətirməsin. İbrahimovun fəaliyyəti və DAK-ların parçalanması yolunda siyasəti həm Güney Azərbaycana, həm də Azərbaycan dövlətinə çox mənfi təsir edir.
- Elə bu kimi məsələləri rəsmi, qeyri-rəsmi səviyyələrdə müzakirə etmək fürsəti əldə etmək üçün də Bakıya gəlməyi planlaşdırmırsınız?
- Bu məsələləri o biri DAK-ın xaricdəki qolu ilə də müzakirə edirik. Düzdür, müzakirələrin hara gedib çatacağı bəlli deyil. Ancaq bunun üçün Bakıya gəlmək fikrim yoxdur. İnşallah may, ya iyunda Gün.AzTV-nin bəzi işləri ilə bağlı Bakıya gəlmək fikrim var.
- Siz İran müxalifətinin lideri, əslən azərbaycanlı olan Mirhüseyn Musəviyə necə münasibət bəsləyirsiniz? Hər hansı əlaqə varmı?
- Heç bir əlaqəmiz yoxdur. Musəvi dövlətin öz içindən çıxıb. Vaxtilə azərbaycanlıları ən çox repressiyaya məruz qoyan elə Musəvi olub. Ümumilikdə İran-İraq savaşının əvvəllərində azadlıq və demokratiyanı boğanlardan biri keçmiş baş nazir Musəvi olub. O, prezident seçkilərinə qatılanda da azərbaycanlıların milli hüququndan bəhs etməyib. Hətta onun Təbrizdəki kampaniya mərkəzi milli haqlarını tələb edən tələbələri həbsə saldırmışdı. Ona görə də Musəviyə hər hansı ümidimiz yoxdur. Bir çox milli fəallarımız məhz onun kampaniyasındakı fəaliyyətinə görə hələ də məhkəmələrdən canını qurtara bilməyib. Bu səbəbdən Musəvi ilə hər hansı əlaqəmiz yoxdur. Digər müxalifət lideri Mehdi Kərrubi isə bir dəfə azərbaycanlıların dil azadlığını müdafiə edib. Azərbaycanlılara münasibətlərinə baxmayaraq biz onların başına gələn haqsızlıqları həmişə televiziyada işıqlandırırıq.
- Yeri gəlmişkən, Azərbaycan diasporunun rəhbəri etiraf edib ki, İrandakı azərbaycanlılarla hər hansı iş aparmaq imkanları yoxdur. Sizcə bu, normal haldırmı?
- Dövlət adamı olan Nazim İbrahimovun bu mövqeyi başadüşüləndir. Ona görə deyirik ki, xaricdəki təşkilatları sərbəst buraxmaq lazımdır. Dünyada heç bir dövlət yoxdur ki, diasporunu idarə eləsin. Əksinə, diaspordan dövlətə təsir daha çox olub. Yəhudi diasporu İsraildən yardım almır, İsrailə yardım edir. Onun İsrailə yardım üçün müxtəlif təşkilatları var və bunların hamısı İsrail tərəfindən mənəvi cəhətdən dəstəklənir. Elə erməni təşkilatları bu şəkildə fəaliyyət göstərir. Vaxtilə Ter-Petrosyanın tərəfdarları olan erməni təşkilatları hakimiyyət dəyişən zaman bir gecədə eyni zamanda Köçəryanın, sonrakı illərdə Sərkisyanın tərəfdarları oldular. Çünki bunlar üçün dövlətin başında kimin olması mühüm deyil. Bunlar Ermənistanın milli maraqlarını müdafiə etmək üçün təşkilatlanıb. Biz də o cür olmalıyıq. Bizim üçün də dövlətin başında kimin olması önəmli olmamalıdır. Bir vaxtlar rəhmətlik Elçibəy prezident idi, onu dəstəkləməli idik. Ondan sonra rəhmətlik Heydər Əliyev gəldi, onu dəstəkləməli idik. İndi İlham Əliyevdir, diaspor olaraq ona dəstək verməliyik. Diaspor olaraq Azərbaycanda iqtidar-müxalifət davası apara bilmərik. Çox təəssüf, Nazim İbrahimov elə işlər görüb ki, diasporu “siz mütləq ya iqtidar, ya müxalifət tərəfdarı olacaqsınız” deyə parçalamağa çalışır. Bu, dəhşətli siyasətdir. Onsuz da düşmənlərimiz 200 ildir Azərbaycanı şimala-cənuba bölüblər. Dövlət səviyyəsində Şimalla Cənubu birləşdirmək olmaz. Amma Dövlət Komitəsi icazə versin, bizim işimizə qarışmasın, biz özümüz diasporda Şimalla Cənubu birləşdirək.
- Rəsmən elan olunub ki, gələn ilin martında dövlət səviyyəsində Dünya azərbaycanlılarının III qurultayı keçiriləcək. Bakıdan dəvət gözləyirsinizmi?
- Mən bir dəfə II qurultayda Bakıya dəvət olunmuşam. O da Nazim İbrahimov tərəfindən olmayıb. Bu dəfə də zənn eləmirəm ki, o, bizi dəvət eləsin. Çünki biz onun fəaliyyətinə tənqidi yanaşırıq. Ümid edirik ki, diasporu sərbəst buraxacaq və biz o zaman İbrahimovu dəstəkləyənlərdən biri olarıq. Təki bizim işimizə müdaxilə etməsin. Dəvət eləməsə də olar, eləsə də. Lap tutaq ki, qurultay keçirildi. Bunlar Bakıda nə edəcək? Sadəcə 5-6 nəfər danışacaq, qalanları da əl çalacaq, “yaşasın” deyib ayağa duracaqlar. Birində iştirak edib görmüşəm. Ancaq bunun nəticəsində Azərbaycanın milyonlarla manat pulu xərclənəcək. Mən demirəm ki, belə tədbirlər olmasın. Olsun. Amma ondan daha mühümü diaspordakı işlərdir. Bu işlər görülsə, Bakıya yığılmağın eybi yoxdur.
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İran həbsxanasında daha bir məhbus intihar etdi
Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
Qalibaf Azərbaycanda səfərdədir
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda daha iki vəkilə ağır həbs cəzası verildi
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
İranda 15 məhbus edam edildi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Tramp İranla müharibə qərarını müdafiə edib
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
İsrail və Hizbullah arasında atəşkəs?
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İranda silahlı hücum - Polis zabiti öldürülüb
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi
Guardian: Hörmüz boğazının mərkəzi hissəsi hələ də 80 dəniz minası ilə bağlıdır
İranda Dollar yenidən yüksəlişə keçdi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İran qəzeti: ABŞ-la memorandum davamlı həll deyil, müharibəni idarəetmə vasitəsidir
Qalibaf və Əraqçi İsveçrəyə yollandılar