SON XƏBƏRLƏR

Bahalaşma kimə baha başa gələcək, əhaliyə, yoxsa hakimiyyətə

2021.10.20, 07:36
Bahalaşma kimə baha başa gələcək, əhaliyə, yoxsa hakimiyyətə

Gunaz.tv

GünAzTv: İranda enerjidaşıyıcılarının pərakəndə satışının, bunun təsirindən gündlik təlabat mallarının bahalaşağacı ilə bağlı mütəxəssislərin bir neçə il öncə irəli sürdüyü ehtimallar özünü dorruldur.

 

ÖTnə həftənin sonunda İslam Repsublikasına müxtəlif gündəlik təlabat və  ərzaq mallarına, benizinə subsidiyalar ləğv edildi. Bu islahata əhalinin etiraz edəcəyindən ehtiyatlanan hakimiyyət ölkənin əsas şəhərlərində, o cümlədən Tehranın başlıca küçə və meydanların polisin sayının artırıb, nəzarəti gücləndirib.

 

İran prezidenti Mahmud Əhmədinejad dekabrın 18-də dövlət televiziyasında çıxış edərək bazar günündən subsidiyaların ləğv ediləcəyini xəbər verib. O, subsidiyaların ləğvinin əhalinin xeyrinə olacağını vurğulayaraq xalqı səbirli olmağa çağırıb. Əvvəlki çıxışlarında hər il müxtəlif mallara 100 milyard dollar subsidiya sərf olunduğunu bildirən Əhmədinejad hökumətin bunun öhdəsindən gəlmədiyini vurğulamışdı.

 

Subsidiyaların əvəzinə hökumət bundan sonra hər ay hər bir vətəndaşın hesabına 40 min tümən (təxminən 35 manat) kompensasiya köçürəcək. Çörəyin qiymətinin 20 faiz artması müqabilində hər ay vətəndaşların hesabına ayrıca olaraq daha 4 min tümən (təxminən 3 manat) pul köçürüləcək.

 

Subsidiyaların ləğvi ilə müxtəlif ərzaq mallarının qiyməti artıb. Benzin 7 dəfə bahalaşıb.

 

«Mipnews»-un məlumatına görə, İran hökuməti əhali üçün benzinə nəzərdə tutuduğu subsidiya islahatını üç ay gecikdirib. Daxili bazarın benzinlə təmin olunması üçün ildə ölkə büdcəsinə 100 milyard dollara başa gəlir.

 

Dünyada neftin hasilatı üzrə 5-ci yerdə olan İslam Respublikası xaricdən İrana təlabatın 40 faizini idxal edir.

 

Bir  müddət öncə yanacaq doldurma məntəqələrindən benzini 10 sentə almaq mümkün idi. Onda hakimiyyət xüsusi avtomobil yiyələrinə bir aya 60 litr kvota tətbiq etdi. Həmin kvota bundan sonra 50 litrə endiriləcək. Yeni qiymət islahatına əsasən benzinin qiyməti 40 sentə qədər bahalaşıb. Mütəxəssislərrin qənaətincə, bu son bahalaşma deyil. Yaxın aylarda bunun artacağı gözəlinlir. Çünki atom-nüvə proqramına görə beynəlxalq təzyiqlərə məruz qaldığından ölkədə istehsal olunan malların bir çoxuna dövlət büdcəindən dotasiya verilir. Bu isə yeni silahların alınması, müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində maliyyə qıtlığı yaradır. Odur ki, hökumət qiymətləri gerçək bazara yavaş-yavaş uyğunlaşdıracaq. Ümiyyətlə,yaxın 5 ildə isə hökumət subsidiyanı tamamil ləğ etməyi planlaşdırır.

 

Bu addımı ölkədə sosial tələbələrlə etiraz aksiyalarının olmaması üçün atır. Bununla belə ötən gün  İranın liman şəhəri Bəndərabbasdan Qişm adasına və əksinə sərnişin daşıyan qayıqçılar benzinin qiymətinin 7 dəfə artmasına etiraz olaraq tətilə başlayıblar.

 

İran KİV-in məlumatına əsasən, qayıqçılar bildiriblər ki, onlar Qişm adasına hər dəfə sərnişin aparıb, geri  qayıtmaq üçün 110 litr benzin yandırırlar və yeni qiymətlərlə sərnişin daşımaq onlara sərf etmir. Qayıqçılar deyiblər ki, onların sərnişinlərdən aldığı gediş haqqı heç 7 dəfə bahalaşan benzin pulunu da ödəmir.

 

Bəndərabbas-Qişm adası reysində 230 qayıq sərnişin daşıyır/

 

Xatırladaq ki, 2007-ci ilin yayında bir gecənin içində əhaliyə heç bir xəbərdarlıq edilmədən İranda benzinin satışında məhduiyyətin yaranması haqda hökumət qərar etdi.  Onda ölkə ictimaiyyəti buna kəskin reaksiya verdi. Həmin il  750 yanacaq doldurma məntəqəsi yandırılıdı, 37 –si isə tamamilə məhv edildi.

 

Qeyd edək ki, İranda emal olunan benzin daxili bazarın tələbini ödəyə bilmir. Rəsmi məlumata görə, ölkədə hazırda 62  milyon litr benzin yandırılır, bunun isə 45 milyonu ölkədə istehsal edilir.

 

Bir müddət öncə  «İSNA»-ın yaydığı məlumatda bildirilirdi ki, ötən bir il (2009-cu ilin martından 2010-cu ilin martınadək olan dövr) ərzində İrana 4,5 milyard dollarlıq benzin idxal olunub. Ötən illə müqayisədə idxalat 67 faiz artıb.

 

Mənəbənin məlumatına əsasən, idxalatda birinci yeri benzin tutmaqdadır. Ötən il 4 milyard 578,7 milyon dollarlıq , 7 mln. 799,9 min ton benzin idxal olunub. Bu müddət ərzində idxalatda yanacağın payı 15,04 faiz təşkil edib. 2008-ci ili n marıtndan 2009-cu ilin uyğun dövrünədək isə İrana 2 milyard 237,2 milyon dollarlıq, 3 milyon 62 min ton benzin gətirilib.

 

Xatırladaq ki, İranın neft naziri M.Mirkazımi hökumətdən daxili bazarda təbii qazın qiymətinin azından on dəfə artırılmasını istədiklərini də söyləmişdi. O, bunun ölkə daxilində «təbii sərvətin  israfının qarşısının alınması məqsədini daşıdığını» söyləmişdi. Hazırda ölkə daxilində qazın bir kub metri 170 rialdır. Nazir isə bunun 1000 rialadək bahalandırılmasını ( 8 qəpik) istəyib. M.Mirkazıminin qənaətincə, belə qiymət islahatı ölkə xəzinəsinə cari maliyyə ilində 17 milyard dollar gətirəcək.

 

Ən təəccüblüsü İran prezidenti M.Əhmədinejadın ölkə əhalisinə vədidir. Adi iqtisadi savadın olan şəxsə də bəllidir ki, bahalıq, qıtlıq şəraitində işsizlik də artır. Yuxarıda bəhs etdiyimiz qiymət islahatından bir neçə gün öncə İran hökumətinin başçısı bildirib ki, iki il ərzində onun başçılıq etdiyi kabinet ölkədə «işsizliyin kökünü kəsəcək». O, bunu dövlət subsidiyalarının ləğvi, habelə yeni ildən neftdən gələn gəlirin 20 faiz aratacığ hesabına edəcəklərini söz verib. Hesç kimə sirr deyil ki, neftin qiyməti bahalaşdıqca xaricdən alınan avadanlığında qyməti uyğun olaraq, artır.

 

Yeri gəlmişkən. Hakimiyyət bu islahatı uzun müddət əhalidən gizli saxlamağa çalışıb.

 

Bu iliin yayında prezidentliyinin bir illiyi ilə bağlı müzakirələr zamanı Mahmud Əhmədinejadın fəaliyyəti kəskin şəkildə tənqid edilmişdi. Tənqidçilərin irad tutduqları məsələlərdən biri  hökumətin proqramsızlığı idi. Bu istiqamətdə tənqidi fikirlər indi də söylənilməkdədir.

 

Hakmiyyətin bəhs etdiyimiz iqtisadi islatahatını pisləyən tanınmış iqtisadçı, İran Yazıçılar Birliyinin üzvü Fəriborz Rəisdana tutulub. “Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşları dekabrın 18-i gecə saatlarında Fəriborz Rəisdananı evindən aparıblar.

 

F.Rəisdana tutulmazdan bir neçə saat əvvəl BBC radiosuna açıqlamasında Əhmədinejad hökumətini subsidiyaların ləğvi ilə bağlı siyasətini kəskin tənqid edərək, bunun ölkədə qiymətlərin kəskin artmasına, kasıb əhalinin daha da yoxsullaşacağına gətirib çıxaracağını vurğulamışdı.

 

Bu söz-söhbət zaman-zaman parlamentdə də səslənib. Mayın əvvəllərində İran məclisi cari il üçün dövlət büdcəsində dəyişilikləri ikinci, yekun oxunuşda qəbul edərək, dizel yanacağının pərakəndə satışının qiymətini  0,05 dollardan təsdiqləmişdi. Səs çoxluğu ilə qəbul olunmuş bu sənəd mayın 22-dən qüvvəyə mindi.

 

Dizel yanacağının bahalaşmasına qarşı olan qanun layihəsini dəstəkləyən deputatlar qərarlarını daxili bazarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxacağı və nəticədə bu malları istehsalçıdan almaq üçün dövlət proqramında fasilələrin yaranacağı ilə əsaslandırırdılar.

 

Kənd təsərrüfatı mallarını istehsal edənlər bu yanacaqla işləyən özəl yük maşinları vasitəsi ilə məhsullarını qəbul məntəqələrinə gətirirlər. İndi kənd təsərrüfatı məhsulları yığılmır. Hakimiyyət qiymət dəyişkiliyi ilə bağlı vaxtı məhz ona görə qışa salıb Dizel bahalaşacağı təqdirdə ərzaq proqramının gerçəkləşməsində problemin yarancağı istina edilmir.

 

Qeyd etmək lazımdır ki, İslam Respublikasının İqtisadi Şurası məhsulu satın alarkən nəqliyyat xərclərinin qiymətinin artrmasını nəzərə almır.

 

Bundan başqa dizel yanacağı bahalaşarsa, o zaman kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və s.) istismar xərcləri də artır. Belə bir vəziyyətdə isə məhsul istehsalçıları mallarını dövlət tədarük qurumlarına deyil, ayrı-ayrı tacirlərə bazar qiymətinə baha sata bilərlər.

 

Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərindən olan deputat Hüsenyəli Şəhriyari müzakirələr zamanı bildirmişdi ki, rəsmi məlumatlara görə ölkədə istifadə olunan dizelin 56 faizi şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyat tərəfindən yandırılır, 13 faizi kənd təsərrüfatında, qalan hissə isə elektrik enerjisinin alınmasında, sənayedə və s. sahələrdə istehlak olunur. Nəticədə dizel yanacağının 96 faizi ictimai məqsədlər üçün sərf edildiyi halda yalnız 4 faiz əhalini şəxsi işlərində istifadə edilir.Onun sözlərinə görə, dövlət dotasiyası və idxal hesabına dizel yanacağı daha çox əhalinin ehtiayclarının ödənilməsində istifadə olunur. H.Şəhriyari onu da vurğulamışdı ki, benzinin 90 faizi İranda özəl avtomobillərdə şəxsi tələbatın ödənilməsinə sərf edilir, ona görə də məclis bu yanacağa kvotanın qoyulması təklifini dəstəkləyir.  

Bununla belə parlamentin rifah komissiyasının sədri Əliəkbər Ağayi deputatların qərarının səhv olduğunu söyləmişdi. Onun fikrincə, neft məhsullarına, o cümlədən dizel yanacağına dövlət dotasiyası məqsədli deyil və mərhələ-mərhələ (qiymətlərin mərhələli artırılması hesabına) dəyişdirilməlidir. Komisiya sədri xatırladıb ki, İranın 2005-2010-cu illər üçün nəzərdə tutulmuş Dördüncü sosial-iqtisadi proqramında 2009-cu ilə qədər bütün yanacaqlarla bağlı dövlət dotasiyasının bütövlükdə dəyişdirilməsi nəzərdə tutulub.

 

Ə.Ağayi deyib ki, 2006-cı ildən etibarən İslam Respublikası hökumətininin neftayırma sənayesi üzrə sərmayə siyasəti yanlış olub. Nəticədə İran dizel yanacağının ixracatçısından idxalatçısına çevirilib. Benzinin idxalatı isə bir qədər əvvəldən başlayıb. O, əlavə edib ki, neftayırma zavodları ilə bağlı layihələrin maliyyələşdirilməsinin artırılması hesabına və bütün növ yancağın rasional istifadəsi hesabına yaranmış vəziyyətdən çıxmaq mümkündür.

Rifah komissiyasının məsulu demişdi : «Benzin və dizel yanacaqlarının pərakəndə satış qiymətinin artırılması, idxal olunan neft məhsullarına dövlət dotasiyasının azaldılması əsas maliyyə mənbəyi olmalıdır.

 

Onun sözlərinə görə, bu tədbirlər komissiyalarda razılaşdırılıb və yeni il üçün dövlət büdcəsində nəzərdə tutulub. Bir sıra deputatlar məclisin yeni qərarını milli sərvətin ədalətli bölühdürülməsi prinsipinə zəobə vuracaq.

 

Xatırladaq ki, ötən bir il üçün dizel yanacağının pərakəndə satışının qiyməti, litri 0,02 dollar olub.bu isə yerli mineral suyun qiymətindən də ucuz sayılır.

 

Qərarın tərəfdarı olanlar hesab edir ki, ölkə on minlərlə köhnə yük avtomobilləri var. Müasir maşınlarla müqayisədə belə nəqliyyat vasitələri 1,5 –2 dəfə artıq yanacaq sərf edirlər. Habelə dövlət dotasiyası hesabına dizelin ucuz olması qonşu dövlətlərə kütləvi surətdə bu yanacağın qaçaq yolu ilə daşınmasının başlıca səbəblərindəndir.

 

Onu da xatırladaq ki, mövcud durumda yanacağın pərakəndə satışının bahalşmasından hakimiyət müəyyən mənada narahatdır. Ona görə də məsələyə dair xəbərlərdə bir qədər ehtiyatlı davranmağa üstünlük vermişdi, hətta bu qərara səs verənlərin adları da az qala gizli saxlanılırdı.

 

İlk baxışdan İranda yanacağın qiyməti qəribə görünsə də əslində ölkə əhalisi uzun iilər məhz bu milli sərvətindən öz xeyrinə yararlanmaq uğrunda da mübarizə aparıb. Əhmədinejad prezident seçkisiqabağı kampaniya zamanı neft məhsullarının qiymətinin artırılmayacağını da boyun olmuşdu. Görünür, enerji daşıyıcıları ilə zəngin bir dövlətləri idarə edən mürtəce rejimlər qiymətlərin qaldırılması məsələsində xalqa yalan danışmaqdan, onu bir müddət gizli saxlamaqdan utanmırlar. Nəzərə almaq lazımdır ki, İran əhalisi qışda evlərini istimək üçün dizel yanacağından istifadə edir.

Beləliklə, haqqı tapdanan, məişət məsələsinə müdaxilə edilən İran əhalisinin onsuz da ağır olan sosial vəziyyətlərinin üzərinə indən sonra daha bir yük, bahalaşma da əlavə olunmağa başlyacaq…

Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar