WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
GünAzTv: Erməni politoloqunun fikricə “Dağlıq Qarabağ münaqişəsinin hazırki həll planı Ermənistan üçün 1997-ci ildəki təkliflərlə müqayisədə daha ağırdır.”
Son vaxtlar erməni siyasətçilərin və politoiloqların Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikirlərində müəyyən dəyişikliklər hiss olunur. Bu da ondan xəbər verir ki, artıq erməni ictimaiyyəti reallığı qəbul və dərk etməyə başlayıb. Elə srağagün Bakıda keçirilən Cənubi Qafqazda Təhlükəsizlik Forumunda iştirak edən Ermənistanın Qloballaşma və Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın açqılamaları da dediklərimizi sübut edir.
Münaqişənin həlli məsələsinə toxunan Stepan Qriqoryan qeyd edib ki, nə Azərbaycan, nə də Ermənistan Madrid prinsiplərinə etiraz etmir. Problem hansı addımın 1-ci, hansının 2-ci atılmasında və onların zaman çərçivələrinə salınmasında yaranır. “Mən hesab edirəm ki, onları ümumi prinsip kimi fiksasiya etmək lazımdır və bundan sonra bizim diplomatlarımız danışıqları davam etdirməlidir. Əgər biz həmin prinsipləri fiksasiya etməsək, danışıqlar prosesi pozulacaq. Çünki tərəflərin, xüsusən də Azərbaycanın səbri tükənir. Danışıqlar pozula bilər və hər şeyi sıfırdan başlamağa məcbur olarıq”- deyə o bildirib.
Erməni politoloq bildirib ki, münaqişənin həll olunmasında həm Ermənistan, həm də Azərbaycan maraqlıdır və bu işdə etimadın olması çox vacibdir: “Mən Bakının mərkəzində erməni kilsəsinə qayğı göstərildiyini gördüm. Bu, o deməkdir ki, Azərbaycan etimad addımlarını atır. Din həm azərbaycanlılar, həm də ermənilər üçün çox vacib amildir və bu istiqamətdə atılan addımlar sözsüz ki, münasibəti dəyişir”.
İşğal altındakı ərazilərin adlarının dəyişdirilməsinin etimadın artırılmasına xidmət edib-etmədiyinə dair sualı cavablandıran S. Qriqoryan təəssüflə vurğulayıb ki, Ermənistanda tez-tez başqa interpretasiya eşidir, çünki tarixi baxış diametral olaraq tam əks istiqamətdədir: “Mən təklif edirəm ki, tarixi siyasətdən ayıraq, konkret addımlar ataq. Bizim ölkələrimiz Cenevrə konvensiyalarına qoşulub, hazırda əsirlərin dəyişdirilməsi ilə bağlı addımlar atılır. Bu işlər münasibətləri dəyişdirəcək. Amma biz hər zaman tarixə müraciət etsək, əminəm ki, heç nəyə nail ola bilməyəcəyik”.
Qriqoryan yeni nəslin normal şəraitdə yaşamağa haqqı olduğunu deyib: “Gizlətmək istəmirəm, mən ona görə buradayam ki, azərbaycanlı siyasətçi və analitiklərlə yalnız Brüsseldə, yaxud Moskvada görüşmək lazım olmadığını, məhz Bakıda görüşmək və fikir mübadiləsi aparmağın vacibliyini anlayıram”.
“Siz müasir Azərbaycanı gözünüzlə gördünüz, necə hesab edirsiniz, Qarabağ erməniləri üçün Azərbaycanda, Ermənistanda, yoxsa müstəqil olaraq yaşamaq daha sərfəlidir?” sualına cavab verən S.Qriqoryan hesab edir ki, bəzən öz müqəddəratını təyinetmə prinsipi primitiv olaraq yalnız müstəqillik kimi qələmə verilir.
Münaqişənin həllində azlıqların iştirakı məsələsinə toxunan politoloq deyib: “Mən Qarabağ ermənilərinin fikrinin nəzərə alınmasını istəyirəmsə, münaqişəyə qədər orada yaşamış azərbaycanlıların fikri necə nəzərə alınmaya bilər? Əgər biz normal cəmiyyət yaratmaq istəyiriksə, azlığın içində olan azlığın fikri necə nəzərə alınmaya bilər? Ona görə də mənim fikrim belədir ki, onların mövqeyi nəzərə alınmalıdır və bunun üçün danışıqlarda mexanizm yaradılmalıdır”.
Göründüyü kimi, erməni cəmiyyətində, ictimai xadimlərin düşüncələrində artıq bir dəyişmə hiss olunur. Ermənilər artıq anlamağa başlayıblar ki, hansısa ərazini zorla başqa dövlətdən qoparmaq mümkün deyil. Əgər hər hansı ölkədə milli azlıq varsa, təbii ki, onlara lazımi hüquqlar tanınmalıdır və onlar da başqa xalqlarla birgə eyni dövlət tərkibində bərabər yaşamalıdrlar.
Ölkə əhalisi və ziyalılar hakimiyyətin siyasətinin səhv olduğunu və nəticədə Ermənistanın zəif duruma düşdüyünü vurğulayırlar. Ermənistan müxalifəti də son vaxtlar ölkə hakimiyyətini siyasi mübarizəni uduzmaqda ittiham edir. “Serj Sarkisyan küncə sıxışdırılıb və indi o, pis variantların içindən daha yüngülünü seçmək məcburiyyətindədir”. «Regnum» agentliyinin verdiyi məlumata görə, bunu Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin (EMK) kordinatoru Levon Zurabyan bildirib.
İrəvana beynəlxalq təzyiqlərin artdığını deyən müxalifətçi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hazırki həll planı Ermənistan üçün 1997-ci ildəki təkliflərlə müqayisədə daha ağırdır: «O zaman Dağlıq Qarabağın statusunun Ermənistan, Azərbaycan və Qarabağ təərfindən müəyyənləşdiriləcəyi bildirilirdi.
Üstəlik, 1997-ci ilin planında Laçının ermənilərin nəzarətində qalması nəzərdə tutulur, Kəlbəcərin də dəhlizə daxil edilməsi istiqamətində iş aparılırdı. Bu gün isə rayonların Azərbaycana qaytarılmalı olduğu, Ermənistanla Dağlıq Qarabağ arasında isə ensiz Laçın dəhlizinin saxlanmasından danışılır. Dəhlizə isə beynəlxalq qüvvələrin nəzarəti planlaşdırılır».
Beləliklə aydın olur ki, Ermənistan getdikdə daha ağır duruma düşür. Ustər siyasi, istər iqtisadi, istər də hərbi sahədə tərəflər arasında müqayisəolunmaz fərq yaranıb və bunu Yerevanda da dərk etməyə başlayıblar. Belə psixoloji üstünlük isə, münaqişənin həllində Azərbaycanın mövqeyini hədsiz güclənidirir. Sia
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko