İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
GünAzTv: Artıq Astana sammitinin başlanmasına isə çox az qalır, ATƏT ölkələri liderlərinin görüşü dekabrın 1-2-də olacaq. Amma hələlik razılaşdırılmış hər hansı sənəd haqqında məlumat yoxdur.
Xatırlayırsınızsa, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının oktyabrın 27-də Həştərxanda baş tutan üçtərəfli görüşündən sonra prezident Medvedyev xarici işlər nazirlərinə ATƏT-in Astana sammitinə münaqişənin həllilə bağlı baza prinsiplərinin razılaşdırılmış variantını təqdim etməyi tapşırdıqlarını bildirmişdi. Bununla bağlı noyabrın 22-də Moskvada sözügedən üç ölkənin xarici işlər nazirləri görüşərək Dağlıq Qarabağ üzrə sülh danışıqlarının gedişini müzakirə ediblər. Nazirlər bir ay əvvəl öz prezidentlərindən aldıqları tapşırığın icrasına çalışır. Astana sammitinin başlanmasına isə çox az qalır, ATƏT ölkələri liderlərinin görüşü dekabrın 1-2-də olacaq. Amma hələlik razılaşdırılmış hər hansı sənəd haqqında məlumat yoxdur. Sadəcə olaraq o bəllidir ki, nazirlər sammitdən bir neçə gün əvvəl - noyabrın 27-də yenidən bir araya gəlmək qərarı ilə Moskvadan ayrılıblar. Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer Astana sammitinə o qədər də ümidli deyil: "Mənim belə deməyimin səbəbi həm Azərbaycan, həm də Ermənistanda hazırda bir-birinə qarşı çox neqativ əhvaldır. İndiki şəraitdə, hətta prezidentlərin bir-birini müharibə ilə hədələdiyi bir dövrdə onların hər hansı razılaşmanı imzalaması olduqca çətindir". Xanım Freyzer bildirir ki, münaqişənin həlli sahəsində razılaşmanın mümkün qədər tez imzalanması Azərbaycan üçün olduqca önəmlidir. Çünki bununla işğal altında olan ərazilərin də azad edilməsi prosesi başlaya bilər: "Bu Ermənistana da son dərəcə faydalıdır, bununla hər an müharibə ilə üzləşmək təhlükəsi, heç olmasa, azala bilər". Amma S.Freyzerin fikrincə, belə bir razılaşmanın əldə edilməsi üçün görülməli olan birinci iş münbit şəraitin yaradılması, prezidentlərin təhdid çıxışlarına son qoyulmasıdır: "Hər iki prezident getdikcə bir-birinə qarşı daha sərt dillə danışır. Cənab Sarkisyanın ötən həftələrdə işğal olunmuş ərazilərdə verdiyi bəyanatlar çox böyük narahatlıq doğurur. Azərbaycan prezidentinin də belə çıxışları var. Bu aydındır ki, belə çıxışlar sülh danışıqları ilə razılığın əldə edilməsi ruhuna ziddir. Bu, həm də uzun müddətdən bəri üzərində iş gedən "Madrid prinsipləri" çərçivəsində sülh razılaşması əldə edilməsində iki ölkənin təkbaşına bir nəticə əldə etməsi imkanını azaldır". Sammitin başlanmasına 5 gün qalır. Lakin hələlik sözügedən məsələ ilə bağlı ortalıqda heç bir şey yoxdur. Həqiqətən də, son günlər Sarkisyanın səsləndirdiyi sərsəm bəyanatlar fonunda Astana sammitinə baza prinsiplərinin razılaşdırılmış variantının təqdim olunacağını düşünmək yersizdir. Ermənilər belə bir variantı təqdim etmiş olsaydılar, bunun fonunda Sarkisyan bu tip əcaib bəyanatlar səsləndirməzdi. Deməli, buradan belə görünür ki, Rusiya prezidentinin tapşırığı erməni tərəfin günahı üzündən hələ də yerinə yetirilməmiş qalır. Ümumiyyətlə, son illər İrəvan rəsmilərinin apardığı siyasətdən aydın sezilir ki, onlar münaqişənin həlli istiqamətində ərsəyə gətirilən prinsipləri imzalamaqdan mümkün qədər qaçmağa çalışırlar. Belə ki, artıq neçə vaxtdır "Madrid prinsipləri"nin yeniləşmiş variantı gündəmdə olsa da, İrəvan, Bakıdan fərqli olaraq, hələ də ona hər hansı münasibət bildirməyib. Əksinə, onlar üç prezidentin Sankt-Peterburq görüşlərinin birində bu prinsiplərə zidd prinsiplərin ortaya atılmasına nail olmaq istəyirdilər. Son günlər Sarkisyanın beynəlxalq təmaslardan yayınması da rəsmi İrəvanın baza prinsiplərinin razılışdırılmış variantından qaçmağa çalışdığını göstərir. Belə ki, o, NATO-nun bu günlərdə baş tutan tədbirinə qatılmamışdı. Gözləniləndir ki, bu demarş Sarkisyan tərəfindən ATƏT-in Astana sammitində də təkrarlanacaq. Hətta bu barədə erməni mətbuatı da yazır. Tanınmış Qərb ekspertləri, xüsusən də Karnegi Fondunun təmsilçisi Tomas de Vaal da düşünür ki, Astanadakı zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi üzrə siyasi sıçrayış qeydə alınmayacaq. Bunun özü də onu göstərir ki, Medvedyevin sözügedən tapşırığı ermənilərin işi korlaması üzündən yerinə yetirilməmiş qalır. Politoloq Qabil Hüseynli vəziyyətin belə olmasında məhz Moskvanı günahkar görür: "Medvedyev guya problemin həllinə çalışır. Amma bir tərəfdən də Sarkisyanı qəbul edərək ona ürək-dirək verir. Yəni Rusiya problemin həllində o qədər də maraqlı görünmür. Maraqlı olsaydı, işğalçı Ermənistana təzyiqlər edib, onu yeniləşmiş "Madrid prinsipləri"nə razı salardı. Nə olsun ki, Medvedyev belə bir göstəriş verib. Bu göstərişdə Azərbaycanın ərazi bütövlüyü nəzərdə tutulmursa, ölkəmiz belə çərçivə sazişinin hazırlanmasına razı olarmı? Azərbaycan Dağlıq Qarabağa ölkəmizin ərazi bütövlüyü daxilində ən yüksək muxtariyyət verməyə razıdır. Bu ən maksimum status və ən ədalətli yanaşmadır. Di gəl, ermənilər bunu qəbul etmir və bununla razılaşmır. Belə olan tərzdə Azərbaycan tərəfi Rusiyanın diqtə etdiyi və İrəvanın həvəslə qəbul etdiyi Qarabağın müstəqilliyi və ya onun Ermənistana birləşdirilməsi kimi sərsəm ideyalara necə qol çəkə bilər? Deməli, meydanda bir qeyri-konstruktivlik var. Bu qeyri-konstruktivliksə, ilk növbədə, Ermənistanla bağlıdır. Eyni zamanda, danışıqlara vasitəçilik edən Rusiyanın ədalətsiz mövqeyilə əlaqədardır". Bakı xəbər
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko