Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
GünAzTv: Türkiyə iqtidarının tutduğu mövqe yenədə her yerin diqqətini çəkməyə başlayıb. Rəbiyyə Qadiriyə viza verildiyi dövrdən fərqli olaraq indi Türkiyə Çinə daha çox meyllənir.
Azərbaycanın qonşuları olan Türkiyə və İran arasında münasibətlərin yeni inkişaf mərhələsi, son dövrlər Çinin bu ölkələrlə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirməsi regionda yeni geosiyasi proseslərin başlanmasına start verib. Məsələnin maraqlı tərəfi isə, ekspertlərə görə, Türkiyə iqtidarının tutduğu mövqedir. Belə ki, hazırda həm Çin, həm də İran Qərb dünyası ilə elə də yaxşı münasibətlərə malik deyil. İran nüvə proqramı ilə Qərb üçün təhdid mənbəyinə çevrilibsə, Çin iqtisadi, hərbi və enerji sektorlarında ABŞ-la Avropanın əsas rəqibi kimi çıxış etməyə başalayıb. Bu səbəbdən Qərb ölkələri Çin ekspansiyasının genişlənməsindən ciddi narahatdır. Belə vəziyyətdə Türkiyə əvvəlki kimi Qərbdən uzaqlaşaraq, Çin və İranla sürətlə yaxınlaşır. Bu kontekstdə Türkiyədə AKP iqtidarının atdığı addımlar onu göstərir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakimiyyət hər hansı məsələ ətrafında stabil mövqe nümayiş etdirmir və maraqları çərçivəsində mövqeyini asanlıqla dəyişə bilir. Ekspertlər ötən ilin iyulunda insan haqlarının pozulmasına görə Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi mövqe fonunda bu məsələ üzərində xüsusi dayanır. Xatırladaq ki, həmin vaxt Çinin Sincan vilayətində uyğurlara qarşı qətllər həyata keçirilir, həbs və təzyiqlərə əl atılırdı. O zaman Türkiyə buna sərt etiraz bildirmişdi: "Biz uyğur qardaşlarımızı yaxşı münasibətlərimiz olan Çinlə öz aramızda körpü kimi görürdük. Bu qətliamın bir an əvvəl dayandırılmasını, Çinin səlahiyyətli nümayəndələrinin tezliklə məsuliyyət daşıyanları müəyyənləşdirməsini və ədliyyə mexanizminin bütün bəşəriyyəti rahatladacaq şəkildə işləməsini gözləyirik. Bundan başqa, bu vəhşiliyi BMT-nin müzakirəsinə çıxaracağıq". Bunun ardınca Ərdoğan məsələni "Böyük səkkizliy"in gündəminə gətirdi və bununla bəşəri dəyərlərə xidmət etdiyini bildirdi: "Böyük səkkizliy"in sammitində görüşdüyüm bəzi prezidentlərə və baş nazirlərə Çinin Sincan-Uyğur bölgəsindəki hadisələrlə bağlı düşüncələrimi çatdırdım.Türkiyədə bu olayları qiymətləndirərkən vəhşət ifadəsindən istifadə etdim. Bu ifadəmin arxasındayam. Çünki yüzlərlə insanın öldürüldüyü və mindən çox insanın yaralandığı bir hadisəni - az qala soyqırımı - başqa bir kəlmə ifadə etməz". Bundan sonra Ankara Ümumdünya Uyğur Konqresinin rəhbəri Rəbiyyə Qadirin Türkiyəyə gəlməsinə icazə verdi. Halbuki, Rəbiyyə Qadir bir neçə il əvvəl Türkiyəyə gəlmək üçün iki dəfə müraciət etsə də, ona viza verilməmişdi. Baş verənlərin ardınca AKP iqtidarının uyğurlara görə yenə Çinə qarşı sərt münasibətlər sərgiləyəcəyi gözlənirdi. Lakin Qərblə münasibətləri kəskinləşən Ərdoğan bunun əvəzində Türkiyənin Çinlə hərbi əməkdaşlağını güclənməsi üçün hərəkətə keçdi. Türkiyə İsraillə birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri təxirə saldı. İsrail qırıcılarının yerini Çin Hava Qüvvələri ilə doldurdu. Çin türk "F-16"ları ilə birgə təlim alması üçün "Sukhoi SU-27" döyüş təyyarələrini və pilotlarını göndərdi. Halbuki, Ankara Çinin Qərblə, o cümlədən NATO ilə hərbi sferada ciddi rəqabət şəraitində olduğunu yaxşı bilir. Ankaranın sayəsində ilk dəfə Çin təyyarələri NATO üzvü olan bir ölkənin silahlı qüvvələri ilə manevrlərdə iştirak edib. Çin, həmçinin, Türkiyə ilə birlikdə qurudan-quruya raket sistemini inkişaf etdirir. Bu arada Çin və Türkiyə yeni strateji əməkdaşlıq barədə razılıq əldə edib. Saziş Çinin baş naziri Uen �ibaonun Türkiyəyə səfəri zamanı imzalanıb. Əməkdaşlığın məqsədi ticarəti gücləndirmək, energetika sahəsində əlaqələri daha da möhkəmləndirməkdir. Bu sıraya nüvə enerjisi sahəsində də əməkdaşlıq daxildir. Bəzi ekspertlər isə hesab edir ki, Ərdoğanın Çinlə əməkdaşlığın inkişafına xüsusi önəm verməsinin arxasında həm də İran faktoru dayanır. Belə ki, Qərb İranda hakimiyyət dəyişikliyini istəsə də, Türkiyə iqtidarı əks mövqeyin tərəfdarıdır. Bu məsələdə isə Ərdoğan üçün ən etibarlı müttəfiq məhz Çin ola bilər. Xatırladaq ki, Türkiyə və Çin İranda tikiləcək neft boru xətləri layihələrində iştirak edir. İki ölkə arasındakı yaxın əlaqələrin bir səbəbi də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin İranın nüvə proqramına istiqamətlənən daha sərt sanksiyaların qəbul olunmasına qarşı dayanan müxalifətin önündə olmasıdır. Belə hesab olunur ki, Türkiyə, İran və Çin arasında yaşanan münasibətlər ABŞ-ın və İsrailin mövqelərinin daha da zəifləməsinə xidmət edir. Lakin ABŞ, Türkiyə və Çin tərəfindən İranın açıq himayəsinə rəğmən, bu ölkəyə qarşı sanksiyaların əhəmiyyətli dərəcədə güclənməsinə nail ola bilib. Belə ki, Dünya Bankı da İran İslam Respublikasının yeni layihələrinə maliyyə vəsaiti ayırmaqdan imtina edib. "GünAzTV"nin "Röyter"ə istinadən məlumatına əsasən, Tehran hakimiyyəti bu maliyyə qurumunu İrana qarşı belə münasibətinə görə "diskriminasiya"da suçlayıb. İranın iqtisadiyyat naziri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclasında bildirib ki, İslam Respublikasının banka təqdim etdiyi yeni layihələr BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların siyahısına düşmür. Onun qənaətincə, İrana maliyyə vəsaitinin ayrılmaması "Dövlətlərə yardım strategiyası" və suveren dövlətlərin siyasi həyatına qarışmamaq prinsipinə ziddir. Bu günlərdə Finlandiyanın tanınmış "Nokia Siemens" şirkəti də İslam Respublikasına bütün növ texniki avadanlığın satışını dayandırdığını bildirib. Şirkət bu addımını ötən ilin yayında, prezident seçkisi zamanı və ondan sonrakı hadisələrdə dinc aksiyaçılara qarşı repressiyalarla əlaqələndirib. Qurum bəyanatında vurğulayıb ki, şirkət yeni texnologiyaların tətbiqinə insan haqlarına əməl olunması şərtilə icazə verir. Qeyd edək ki, bu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə ABŞ sanksiya tətbiq edib. ABŞ-ın dövlət katibi Hillari Klinton məsələ ilə bağlı informasiya vasitələrinə açıqlamasında deyib: "Bu, insan haqlarını kobudcasına poxduğuna görə Amerikanın İrana qarşı ilk sanksiyasıdır". Baş verənlərdən göründüyü kimi, artıq atom nüvə proqramından imtina etmədiyinə görə ayrı-ayrı dövlətlər deyil, həm də insan haqlarını pozduğu üçün çeşidli beynəlxalq təşkilatlar və şirkətlər Tehran hakimiyyətinə yasaqlar tətbiq edir. Bu isə atom - nüvə planında şəffaflığı təmin etməyəcəyi, insan haqlarını pozmaqda davam edəcəyi halda İran hakimiyyətinin daha kəskin qadağalara məruz qalacağını ehtimal etməyə əsas verir. Tahir TAĞIYEV/ Bakı xəbər
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko