SON XƏBƏRLƏR

Tarixi “Nobar Hamamı” əhalinin ziyarətinə verilib

2023.09.05, 14:25
Tarixi “Nobar Hamamı” əhalinin ziyarətinə verilib

Güeny Azərbaycanın Təbriz şəhərində yerləşən Nobar Hamamı təmir edilmədən əhalinin baxışına verilib.

Gunaz.tv

Təbrizin Şəhər Şurasının, Bələdiyyə və Mədəni İrslər İdarəsinin Nobar Hamamını  təmir edəcəkləri  barədə verdikləri sözlər hələ də reallaşmayıb. Üstə gəl əhaliyə abidəni ziyarət etmək izni verilib.  

Tarixi abidə sayılan Nobar Hamamı Qacarlar çağında tikilib. Hamam Təbriz şəhərinin İmam və Tərbiyət küçələrinin kəsişməsində yerləşir. 1999-cu ildən İranın Milli Abidələr Siyahısına salınıb.

Bərbad vəziyyətdə belə,  maraq doğurduğuna görə hər gün yüzlərlə şəhər sakini abidəni ziyarət edirlər.  

Amma müvafiq dövlət idarələrinin Təbriz şəhərinin və əsasən Güney Azərbaycanın önəmli abidəsinə laqeyd münasibəti onu daha da təhlükəyə məruz qoya bilər. 

Taymaz


 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar