SON XƏBƏRLƏR

Təbrizdə tarixi abidə dağılır

2023.09.08, 15:31
Təbrizdə tarixi abidə dağılır

Təbrizdə yerləşən və tarixi abidələr siyahısında qeydə alınan 700 illik tarixi “Şam Qazan” hamamı baxımsızlıq ucbatından dağıldığına görə tarixi abidə siyahısından çıxarıla bilər.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, bir neçə ildir yerli əhalinin, mədəni fəalların müraciətlərinə, imza kampaniyalarına baxmayaraq, Mədəni İrs Təşkilatı və tarixi abidə ilə bağlı öhdəlik daşıyan “Vəqflər İdarəsi” heç bir tədbir görməyib.

2022-ci ildə tarixi abidənin vəziyyəti ilə bağlı məsələnin gündəmə gəlməsindən sonra abidənin bərpa olunacağına söz verilib, amma  vəd yerinə yetirilməyib.

Qeyd edək ki, Elxanilər dövründə tarixi kompleksin içində tikilən hamam Qacarlar dövründə yenidən bərpa olunub, sonralar milli əsərlər siyahısına salınıb.

Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar