SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Cəlal Dəruqər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

2026.06.28, 09:39
Azərbaycanlı fəal Cəlal Dəruqər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Dünən, 27 iyun tarixində azərbaycanlı türk fəalı Cəlal Dəruqər Əhər şəhərindəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onun saxlanılmasının səbəbi və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu saxlanılma Azərbaycan milli fəalı Saleh Molla Abbasinin vəfatının üçüncü günü münasibətilə Əhərdə keçirilən anım mərasimindən bir gün sonra baş verib.

Əhərin Çahardə Məsum məscidində keçirilən mərasimdə çoxlu sayda Azərbaycan milli və siyasi fəalı iştirak edib. Mərasimdə türkcə yazılmış plakat və bildirişlər də nümayiş etdirilib.

Cəlal Dəruqər bundan əvvəl də milli-mədəni fəaliyyətinə və Güney Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar