Vilayəti körfəz ölkələrini təhdid edib
Yaponiya İrana 10 milyon dollar humanitar yardım ayırdı
Cümə imamı: İranın ABŞ-a qarşı düşmənçiliyi “əbədidir”
Sistan və Bəlucistamda denegi qızdırması yayıldı
Böyük Britaniya polisi İranla əlaqəli milli təhlükəsizlik araşdırması çərçivəsində Londonda evlərdə axtarış aparıb
Qalibafa qarşı bəyanat imzalandı
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Əfqanıstanda İrana bağlı şəxslər həbs edilib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
Monteneqro polisi axtarışda olan iranlını həbs etdi
İran polisi iki bəlucu güllələdi
Güneyin təbiət abidəsi 15 ildən sonra yenidən canlandı
İranlı qadınların hüquqlarına görə Melaniya Trampa müraciət edildi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Qrossi: İranda yoxlamaları bərpa etməyə hazırıq
Aparıcı nüvə eksperti İranın müharibədən daha güclü çıxması iddialarını rədd edib
Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar
İsrail Ordusu Livanda "Hizbullah"ın döyüşçülərinə zərbələr endirdiyini açıqlayıb
Tramp: ABŞ İranla “güc mövqeyindən” danışıqlar aparır
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
ABŞ və İran ərəb ölkələrinə zərbələrə görə kompensasiya ödənilməsini müzakirə edəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Tramp üçün Ankara tam hazırlıq vəziyyətinə gətirilir
17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir
İsraildən Tehrana sərt xəbərdarlıq: “Zərbə vuracağıq”
İsrail Livandan çıxmaq üçün şərt qoydu
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Albaniya İran tərəfdarı olan din xadiminin ölkəyə girişini qadağan etdi
Furuğ Əsədpur: Güney Azərbaycanda milli ayrı-seçkilik inkar edilə bilməz (Video)
Hörmüz boğazında yük gəmisinə raket zərbəsi endirildi
Ərəb ölkələri İranın raket proqramına qarşı mövqe ortaya qoydu
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Qeyri-fars qadn fəallar Avropa Parlamentində olublar
İranda pivə və arağın qiyməti kəskin artıb
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
1 ayda İranda edam edilən məhkumların sayı açıqlandı
Kanadanın təhlükəsizlik qurumları İranlı doktorantı milli təhlükəsizlik üçün təhdid hesab edir
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
İranda iraqlı siyasi məhbus öldürülüb
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Türkiyə Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin daxili təsdiq prosesini tamamlayıb
GünAzTv: Atom-nüvə proqramını gerçəkləşdirməklə bağlı iddiasından əl çəkmədiyinə görə, BMT Təhlükəsizlik Şurasının İran hakimiyyətinə tətbiq etdiyi sonuncu, 4-cü sanksiyanın şərtlərinə əməl etməsinə qətnamə müəllifləri ciddi nəzarət etmək niyyətindədir.
Bununla bağlı son zamanlar ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyi fəaliyyətini genişləndirib. Bəzi dövlətlər və özəl şirkətlər artıq sanksiyanın şərtlərinə uyğun olaraq İslam Respublikası ilə iqtisadi –ticarə əlaqəlrini ya məhdudlaşdırıb, ya da dayandırıb.
İran hakimiyyətindən Ermənistan sanksiya ilə bağlı daha çox canfəşanlıq edir. Çünki İslam Respublikası Erməistan üçün həyat yoludur. Bunu erməni rəsmiləri də dəfələrlə etiraf edib.
Bu baxımdan İslam Respublikasının təcavüzkar adlandırdığı bir dövlət, Ermənistanla son bir neçə aydakı iqtisadi-ticarət əlaqəsinə ötəri baxış etmək yerinə düşər.
Bir müddət öncə Ermənistanda iki həftəlik taxıl ehtiyatının qaldığı barədə xəbərlər yayılmışdı. Rusiyanın taxıl ixracını dayandırdığı haqda bəyanatı da Yerevanı yardımçı axtamağa vadar etdi.
«İRİBnyus»-un məlumatında bildirildi ki, Ermənistan İran İslam Respublikasından taxıl almaq istiqamətində fəaliyyətini gücləndirib.
Ermənistan ildə 700 min ton taxıl istehlak edir. Bunun 200 min tonu ölkədə istehsal olunur. Son zamanlar bir sıra səbəblər üzündən Ermənistan bu məhsulun idxalını 16 faizdə artırıb.
Ermənistan istehlakçılar hüququnu müdafiə təşkilatının sədri Boqosyanın sözlərinə görə, İranın taxıl istehsalı sahəsində hiss ediləcək dərəcədə artım müşahidə edilir. Odur ki, cari il ölkədə dənli bitki məhsullarının 2,5 milyon ton artacağı gözlənilir : «Ona görə də Ermənistan taxılı bu İslam Respublikasından idxal etməldir».
Boqosyan deyib ki, İran İslam Respublikası - Ermənistan arasında dostluq münasibəti mövcuddur, bu baxımdan tərəflər biri-biri ilə taxıl idxalı-ixracı sahəsində əməkdaşlıq edə bilər.
İranda Buşəhr Atom Elektrik Stanisiyasının açılışı günü Ermənistanın energetika naziri Movsisyan bildirdi ki, İslam Respublikasındakı bu müəssisədə erməni atomçusu işləməyib. Amma bu, İrana Ermənistandan atom texnoloiyası və ya avadanlığını ötürülməməsi demək deyil. Bu baxımdan Tehranın Yerevan qarşısında borculu olduğunu ehtimal etmək olar.
«NEWS.am»-ın məlumatında bildirilirdi ki, Ermənistanda AES-in yeni enerji blokunun açılmasına ehtiyac var.
Rusiya «Energetika və maliyyə institutu» fondunun baş mütəxəssisi Sergey Kondratyevin sözlərinə görə, Ermənistanda yeni enerji blokunun Rusiya layihəsi əsasında tikilməsi daha məqsədə uyğundur.
O, bu layihəyə əlavə sərmayəçilər də (layihənin 60 faizini maliyyələşdirəcək) cəlb etmək lazımdır.
Xatırladaq ki, cari il avqusutun 20-də Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən Moskva Ermənistanda yeni atom bloku tikiləcək. «Rosatom»-un başçısı Sergey Kirienkonun dediyinə görə, onlar bu laiyhənin 20 faizini maliyyələşdirə bilər. Bu layihənin ilikin dəyəri 5 milyard dollardır.
Həmin məqsədlə artıq Rusiya – Ermənistan birgə şirkəti yaradılıb. Həmin qurum yeni enerji bloku layihəsinin 40 faizini maliyyələşdirə biləcəyini bəyan edib. Şirkətin başçısı AES-in tikintisi üçün lazım olan maliyyə vəsaitinin hələ dəqiqləşdirilmədiyini söyləyib. Sərmayəçilərə gəldikdlə isə o, bu yöndə danışıqlar aparılır. Danışıqlara Ermənistan da cəlb edilib.
Rusiya mütəxssisləri hesab edir ki, Ermənistanda tikləcək yeni enerji blokuna İran İslam Respublikası da cəlb oluna bilər. Çünki Tehranla Yerevan arasında elektrik enerji ixracatı-idaxalatına dair anlaşma da mövcuddur. Bu isə İranın həmin layihədə iştirakını mümkün edən amillərdəndir.
Tehranla Yerevanın biri-birinə bu dərəcədə yaxınlığı, əməkdaşlığın genişləndirilməsinin boşuna olmadığı ehtimalı da az deyil. Ən maraqlı məqamlardan biri də budur ki, Ermənistan-İslam Respublikası ələqalərinə rəsmi Vaşinqtondan da etiraz yoxdur. Onda belə çıxır ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı ABŞ,İran və Rusiya birlikdə himayə edir. Əks halda Yerevan - Tehran əlaqələrinə Vaşinqton öz etirazını bildirərdi.
Bir neçə ay öncə ABŞ rəsmiləri bəyan etdi ki, İranla iqtisadi əlaqə saxlayan Türkiyə şirkətlərinin siyahısı çıxarılacaq. İslam Respublikasının energetika, hərbi və atom sahələri ilə əməkdaşlıq edən şirkətlərinə sanksiya tətbiq ediləcək.
Bu məsələdə Ermənistanın İranla əlaqələrinə ABŞ-ın göz yumması müəyyən mənada anlaşıqlı görünmür.
Dəmiryolu ilə həm hərbi, həm energetika, həm də atom-nüvə sahəsində avadalnlıq daşımaq mümkündür. Rusiyanın nəqliyyat nazirri İqor Levitin bildirib ki, İran –Ermənistan dəmiryolu layihəsində texniki işləri başa çatdırıb.
«ARKA»-ya istinadən məlumata əsasən, ilkin hesablamalara görə, bu xəttin dəyəri 2 milyard dollara bərabərdir.
Qeyd edək ki, bu yolun uzunluğu 540 km-dir. Onun 480 km-i Ermənistan, 60 –ı isə İran ərazisindən keçəcək.
Bu yolla İran hakimiyyəti Avropaya çıxmaq niyyətindədir. Ancaq ölkəmizdən keçəkcək «Şimal-Cənub» iqtisadi dəhlizində nəzərdə tutulan bu sayaq layihəni yubatmaqdadırlar.
Heç kəsə sirr deyil ki, Qafqazdan Cənubi Afrika Respublikasına qədər (İsrail və İranı çıxmaq şərti ilə) atom texnologiyasına və Atom Elektrik Stansiyasına malik yeganə ölkə Ermənistandandır. Bu ölkədəki AES və nüvə texnologiyasının yaşı İrandakıdan çoxdur.
Çox maraqlıdır İrana atom-nüvə texnologiyasının qaçaq yolu ilə Pakistan və Şimali Koreyanın satdığı deyilsə də Ermənistanla bağlı heç bir araşdırma aparılmadı.
«Armenia Today»-in məlumatına görə, bu ölkənin energetika naziri Armen Movsisiyan bildirib ki, Buşəhr AES-də erməni atom mütəxəssisləri işləməyib.
Belə çıxır beynəlxalq ictimaiyyət rəsmi Yerevanın bütün bəyanatlarına inanır. Onu da xatırladaq ki, hələ Mahmud Əhmədinejad prezident olmazdan öncə İslam Respublikasının atom sahəsinə embarqo daha cidd olduğu illərdə Rusiyanın İrana nüvə texnologiyasını Ermənistandan ötrüdüyü haqda dünya mətbuatında, o cümlədən də Qərb KİV-də xəbərlər yayılmışdı.
Bundan başqa Ermənistanın verdiyi bu sayaq bəyanatlar indiyə kimi nə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri, nə də ABŞ-ın uyğun qurumları tərəfindən yoxlanılmayıb. Yoxlama aparılmadığından belə ehtimal etmək olar ki, Buşhər AES-in açılışında ABŞ-da maraqlı olub.
Bu yaxınlarda Yerevanda İran İslam Respublikası – Ermənistan iqtisadi formu işə başlayıb. Bu iki ölkə arasındakı münasibətlər tarixində ilk böyük işgüzar tədbirdir.
İslam Respublikasından Ermənistana maşınqayırma, inşaat və yeyinti sənayesini təmsil edən 108 şirkətin təmsilçisi gedib. Onlar yerli müəssisələrdə görüşlər keçiriəcək. Forumu keçirməkdə məqsəd İranla iqtisadi-ticarət əlaqələrini geişləndirməkdir.
Ermənistan iqtsadiyyat nazirinin müavini Ara Petrosyan deyib ki, 2010-cu ilin ilk dörd ayında iki ölkə arasındakı mal dövriyyəsi 40 faiz artaraq, 67 milyon dollar təşkil edib.
«arka.am»-ın məlumatına əsasən, o, bildirib ki, iqtisadi tərəfkeşləri arasında İran 7-ci yerdədir: «Onu da qeyd edim ki, iki dövlət arasında iqtisadi-ticarə əlaqəsinin genişləndirilməsi üçün əngəl yoxdur».
Ermənistanın milli Statikstika Xidmətinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Tehran -Yerevan xarici ticarət dövriyyəsi 39,7 faiz olub ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 63,3 milyon dollar artım deməkdir. Ermənistandan İrana isə idxalat 9,1 milyon dollar təşkil edib ki, bu da ümumi idxalın 3,1 faizidir.
E.N.N. kompleksinin başçısı Seyid Babai formun açılışında «Nədən Ermənistan?» sualına cavab verərkən deyib : «Biz əminik ki, Ermənistanla İran arasında iqtisadi əlaqə istənilən səviyyədə deyil. Təəssüflər olusun ki, sahibkarlarımız bu ölkəyə 3 milyonluq, kiçik ölkə kimi baxır. Biz yaxın qonşuyuq, biri-birimizə təklif etməyə çoxlu nəsnələr var. Ermənistan ticarət əlaqəsi saxlamağımız üçün çox uyğun dövlətdir».
Onun sözlərinə görə, irimiqyaslı iqtisadi əməkdaşlıqdan ötrü sahibkarlar ilkin tanışlığa başlamalıdır : «Fikrimcə, biznes –foorum belə münasibətlərin qurulmasının başlanğıcı və təməli ola bilər. Bizim istəyimizlə bu tədbirdə İranın dövlət qurumlarının təmsilçiləri də iştirak edir. Onlar iqtisadi-ticarət əlaqələri ilə bağlı əngəllərin aradan qalxmasında bizə yardım edə bilər» .
Avropa Birliyi dövlətlərinin zirvə toplantısında atom-nüvə proqroamı ilə bağlı İran İslam Respublikasına qarşı yeni sanksiya qəbul edilib. Brityaniyanın baş naziri Devid Kemeron bildirib ki, Tehran hakimiyyətinə qarşı basqıların güclənməsiində Avropa Birliyi fəal rol oyanamalıdır. Onun sözlərinə görə, indiki şəraitdə İrana qarşı «sərt yasaqlar zərfinin tətbiqi daha vacibdir».
Xatırladaq ki, həmin sanksiyada İslam Respublikasının neft-qaz sahəsinə sərmayə yatırımının dondurulması,bu sənayeyə texnologiya və avadanlığın satılması, eləcə də çeşidli sahələr üzrə xidmətin yasaqlanması nəzərdə tutulub. Bundan başqa hərbi məqsədlər üçün istifadə olunacaq məhsuların satışı da qadağan edilib.
Avropalılar İran İnqilab Keşikçiləri Qvardiyası rəhbərlərinə məxsus bank hesablarının dondurulması, eləcə də onlar viza verilməsinin məhdudlandırılması bu sanksiya layihəsində nəzərdə tutulub.Həmin sənəddə AB dövlətlərinə İran bankları ilə əməliyyat aparmaq qadağan edilib.
İran hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqi məsələsindən Ermənistan daha çox rahatsız görünür. Bu ölkənin siyasiləri son günlər yasaqlara baxmayaraq, İslam Respublikası ilə əməkdaşlığı dayandırmayacaqlarını bəyan edir.
«regnum»-un bildiridiyinə görə, Ermənistandakı «Noravank» elmi-araşdırma mərkəzinin direktor müavini, iranşünas Sevak Saruxanyan İslam respublikasının onlar üçün enerji daşıyıcılarına, tranzit yol kimi başlıca tərəfkeş olaraq, qalmaqdadır.
«Sanksiyaların tətbiqindən Ermənistan-İran əməkdaşlığı sonuncuya münasibət baxımından zərər görməyəcək»-deyə, iranşünas söyləyib.
Yeri gəlmişkən xatırladaq ki, yeni sanksiya yalnız Tehran hakimiyyətinə qarşı deyil, onunla yasaqlanmış sahələr üzrə əməkdaşlıq edən ölkələrə tətbiq ediləcəyi də istisna deyiledilmir. Bəhs etdiyimiz sənəd qəbul olunmazdan öncə, ABŞ –ın Yerevandakı səfiri Mari Yovanoviç İrana qarşı sanksiyanın Ermənistana da təsrisiz ötüşməyəcəyini söyləmişdi.
«ABŞ-ın İrana qarşı yasaqları Ermənistanın da maraqlarına toxunacaqmı» sualına cavabında səfir demişdi : «Sözü gedən sanksiyanı Amerika deyil, BMT tərəfindən qəbul edilir. Ermənistanda BMT-nin üzvüdür. Odru ki, qətnamə qəbul olunacağı halda Ermənistanda bu sənədə əməl etməlidir».
İran-Erməistan əlaqələri bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı səhəsində inkişaf etməkdədir.Bu yaxınlarda iki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində deyib ki, iş adamları səviyyəsində əməkdaşlıqları genişlənməkdədir.
M.Möminin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında sahibkarlar kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər.
O, deyib ki, Ermənistanda İranın iş adamlarına min hektar əkinçilik üçün yaralı torpaq sahəsi verilib. Burada mədəni bitkilərin yetiqşdirilməsi ilə yanaşı, heyvandarlıqda inkişaf etdirilir. Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulayıb.
M.Mömini qeyd edib ki, İran hökuməti daxili bazarda buynuzlu qaramala olan tələbi idxal hesabına ödəmək siyasətini yürüdür. Ötən ilin 11 ayı ərzində İran Ermənistandan 147 min baş malqara idxal edib, bu rəqəmin 500 minə çatırılacağı nəzərdə tutulub.
Bu gün, oktyabrın 22-də Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan jurnalistlərə açıqlamsında deyib ki, bu il onlar İran İslam Respublikasına 55-57 min baş xırda buynuzlu ixrac ediblər.
«Bu il Ermənistandan artıq 55-57 min baş qoyun (onların 10-15 mini Gürcüstandan tranzit yolu göndərilib) ixrac edilib»-deyə, nazir vurğulayıb.
ABŞ maliyyə nazirinin Azərbayacna səfərindən sonra Erməistan rəsmiləri də məsələyə münasibət bildirib. Ölkənin xarici işlər naziri Edvard Nalbandyan jurnnalistlərin «Ermənistan İran qarşı sanksiyalar qoşulacaqmı» sualını cavablandırarakən, deyib : «Probelimin həllinin güc yolu və ya sanksiyalarla həll ediləcəyinə inanmırıq».
O, qeyd edib ki, əlbəttə, BMT Təhlükəsizlik Şurasının qərarına bütün üzv dövlətlər hörmə etməlidir : «Biz ümid edir ki, beynəlxalq ictimaiyyətin və İranın birgə səyi nəticəsində, danışıqlar yolu ilə İslam Respublikasının atom-nüvə proqramına dair məsələdə anlaşma əldə ediləcək».
Erməni nazirin sözlərinə görə, ölkəsi İran arasında əməkdaşlıq genişlənir,iqtisadi, özəlliklə energetika və nəqliyyat sahələrində birgə proqramlar həyata keçirilir.
«Öləkələrimiz arasında fəal ünsiyyət mövcuddur. Rəsmilər qarşılıq səfərlər həyata keçiri. Biz Ermənistan baş nazirinin İrana səfərinə hazırlaşırıq. Bir nneçə gün öncə İslam Respublikası parlamentinın sədri Əli Laricani ölkəmizə səfər etmişdi. Hazırda bizim İranla qarşılıqlı səmərəli münsibətimiz var və biz bunu davam etdirrmək niyyətindəyik»-deyə, erməni diplomat söyləyib.
Erməni rəsmiləri bu sayaq bəyantları ilə Tehran hakimiyyətinin «»başının altına yastıq qoysa da» Yerevan İslam Respublikasının Erməistanda tikmək istədiyi neft emalı zavodu layihəsinin inşasını «dondurub».
Hazırda atom proqramına görə ABŞ və Avropa ölkələrinin İrana qarşı iqtisadi sanksiyaları genişləndirilməsi fonunda Ermənistanın bu addımını şərh edən Areq Qaltsyan bu məsələdə siyasi məqamın olmadığını iddia edib.
Areq Qaltsyan deyib ki, layihə bağlanmayıb, sadəcə, əlavə təhqiqatlar aparılması məqsədilə dondurulub: “İlk növbədə bu neft emalı zavodunun iqtisadi baxımdan sərfəli olub-olmaması məsələsi aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın energetika və təbii ehtiyatlar naziri bildirmişdi ki, Ermənistan-İran İşçi Qrupu Təbrizdən Erasx şəhərinə çəkiləcək neft kəməri ilə bağlı texniki qiymətləndirmə işini başa çatdırıblar. Neft kəmərinin tikintisinin 2010-cu ildə başlaması nəzərdə tutulur. Kəmərlə ildə 1,5 milyon ton neft ötürülməlidir. Rusiyanın “Qazprom” şirkəti neft kəmərinin çəkilişində 10 faiz payla iştirak etmək niyyətindədir. Ancaq neft emalı zavodunun bütövlükdə, neft kəmərinin isə əsasən İranın öz pulu ilə tikilməsi planlaşdırılırdı.
Qeyd edək ki, Ermənistanda neft emalı tikmək istəyən İran özü neft emalı zavodlarının gücünün az olması səbəbindən benzin qıtlığından əziyyət çəkir. Çünki Qərb şirkətləri İrana benzin satılmasını dayandırıblar.
Heç şübhəsiz Ermənistan sanksiyaya qoşumaq üçün ilk növbədə Moskvadan işarə gözləyəcək. Çünki onu «yedirdib», «bəsləyən», yeri gələndə Güney Qafqazda vəziyyəti öz xeyrinə gərginləşdirmək istəyən iki dövlətdən biri İran, o biri və ən əsas patronu Rusiyadır. Ermənilərin İran hakimiyyətinə qarşı münasibətini isə həm də Moskvanınkı kimi dəyərləndirmək olar. Sədrəddin Soltan
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İran həbsxanasında daha bir məhbus intihar etdi
Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
Qalibaf Azərbaycanda səfərdədir
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Tramp İranla müharibə qərarını müdafiə edib
İsrail və Hizbullah arasında atəşkəs?
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İranda silahlı hücum - Polis zabiti öldürülüb
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi
Guardian: Hörmüz boğazının mərkəzi hissəsi hələ də 80 dəniz minası ilə bağlıdır
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda Dollar yenidən yüksəlişə keçdi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
İran qəzeti: ABŞ-la memorandum davamlı həll deyil, müharibəni idarəetmə vasitəsidir
Qalibaf və Əraqçi İsveçrəyə yollandılar